Yuxarı

Hindistan hər yerdən 60 illik təyyarələri alır - Səbəbi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan hər yerdən 60 illik təyyarələri alır - Səbəbi

Hindistan bütün dünyada Britaniya–Fransa istehsalı olan “Yaquar” tipli səsdən sürətli hücum təyyarələrini satın alır.

Axar.az xəbər verir ki, bu barədə hərbi-analitik portalı “Defense Ekspress” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu təyyarələr 1968–1981-ci illər arasında seriya ilə istehsal olunub. Yəni bu gün onların ən yenisinin yaşı 45, ən köhnəsinin isə 58 ildir. Vaxtilə bu təyyarələrlə silahlanan ölkələr artıq onları istismardan çıxarıblar və yalnız Hindistan onları HHQ-nin xidmətində saxlamaqda davam edir. Hazırda isə Nyu Dehli bütün dünyada metal tullantısına çevrilməyə “macal tapmamış” istismardan çıxarılmış “Yaquar”ları toplayır.

Bildirilir ki, 2018–2019-cu illərdə Fransa Hindistana 32 ədəd “Yaquar” planeri pulsuz verib, yalnız daşınma xərclərinin ödənilməsini tələb edib. Bu yaxınlarda isə Oman Hindistana təxminən 20 ədəd istismardan çıxarılmış “Yaquar” satıb.

İndi isə Ekvadorla bu təyyarələrin, o cümlədən ehtiyat hissələri və onlara aid olan bütün avadanlıqların alınması barədə danışıqların aparıldığı bildirilir. Hindistanın bu dəfə neçə təyyarə əldə edə biləcəyi məlum deyil. Ekvadorun ilkin olaraq neçə “Yaquar”a sahib olduğunu nəzərə alsaq, söhbət ehtimal ki, bir neçə ədəd, maksimum isə on təyyarədən gedə bilər.

Məlumdur ki, iki il əvvəl Hindistan Böyük Britaniyadan qalan 9 ədəd “Yaquar”ı almağa cəhd edib. Nəzəri baxımdan Nigeriya da bu təyyarələri sata bilər, lakin orada vəziyyət tamamilə metal tullantısı səviyyəsindədir, çünki təyyarələr 1991-ci ildən bəri açıq havada, texniki xidmət olmadan saxlanılıb.

Analitiklərinin fikrincə, Hindistanın dünyada mövcud olan bütün “Yaquar” qalıqlarını əldə etməyə çalışması yaxın perspektivdə bu tip təyyarələrdən imtina etməyi planlaşdırmadığını göstərir.

Ekspertlər qeyd edirlər ki, hazırda Hindistanın 6 eskadrilyada cəmlənmiş təxminən 120 ədəd “Yaquar”ı var. Digər ölkələrdən alınan istismardan çıxarılmış təyyarələrin “döyüş sıraları”na qaytarılması ehtimalı azdır. Analitiklər hesab edirlər ki, hindistanlılar bu maşınlardan əsasən ehtiyat hissələri kimi istifadə edəcəklər.

“Təyyarənin uzun müddət əvvəl istehsal olunmasına baxmayaraq, Hindistanın silahlanmasındakı “Yaquar”lar mütəmadi olaraq modernləşdirilir, bu da onların döyüş imkanlarını genişləndirir və istismar müddətini uzadır. Əslində, bu təyyarələrdə əvvəlki “Yaquar”lardan yalnız mühərriklər və planer qalıb, bütün digər elektronika isə tamamilə müasir sistemlərlə əvəz olunub. Hindistan döyüş qabiliyyətli 6 eskadrilyanı sadəcə atıb gedə bilməz, çünki Çin və Pakistanla mümkün müharibə üçün onlara ən azı 42 döyüş eskadrilyası lazımdır, halbuki hazırda cəmi 29 eskadrilyaya malikdirlər”, – nəşr yazıb.

Tarix
2026.01.17 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla