Yuxarı

Suriyada kürd dilinə rəsmi status verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada kürd dilinə rəsmi status verildi

Suriya Prezidenti Əhməd əş-Şara ölkədə kürdlərin hüquqlarını bəyan edən fərman imzalayıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sənədə əsasən, digər məsələlərlə yanaşı, kürd dili rəsmi dil kimi tanınır və kürdlərin əhalinin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris oluna bilər.

Bundan əlavə, Suriyanın keçid hökuməti ölkədə yaşayan bütün kürdəsilli sakinlərə Suriya vətəndaşlığı verməyi öhdəsinə götürür.

Həmçinin Novruz bayramı bütün Suriyada dövlət bayramı kimi tanınır. Sənəddə vurğulanır ki, etnik mənsubiyyətə və ya dilə əsaslanan hər hansı bir ayrı-seçkilik qanunla qadağandır.

Qeyd edək ki, kürdlər Suriyada əhalinin təxminən 10-15%-ni təşkil edən ikinci ən böyük etnik qrupdur. Onlar əsasən ölkənin şimal-şərqində yaşayırlar, eyni zamanda Dəməşq, Hələb və digər böyük Suriya şəhərlərində də icmaları mövcuddur.

Tarix
2026.01.17 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla