Gecə 3-də yatmağı tərgitmək üçün - 5 addım
02:01
| Ana səhifə İqtisadiyyat |
|
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7%-dən 7,25%-ə çatdırılması barədə qərar qəbul edib.
AMB-dən Axar.az-a verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8%-dən 8,25%-ə çatdırılıb.
Bu qərar bu gündən qüvvəyə minir. AMB İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı gələn il ictimaiyyətə açıqlanacaq.
|
Tarix
2021.12.17 / 16:34
|
Müəllif
Axar.az
|