Yuxarı

Bakı və Lissabon razılaşdı: İkiqat vergitutma ləğv edilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Lissabon razılaşdı: İkiqat vergitutma ləğv edilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Portuqaliyanın Maliyyə Nazirliyi iki ölkə arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya layihəsində bəzi müddəaları razılaşdırıb.

Bu barədə Axar.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, müzakirələr Portuqaliyanın paytaxtı Lissabonda, layihə üzrə danışıqların növbəti mərhələsində aparılıb.

Müzakirələrdə çıxış edən Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın əhəmiyyətindən danışıb. O, bildirib ki, Konvesiyanın imzalanması hər iki ölkənin sərmayəçilərinə əlverişli biznes şəraitinin, vergi mühitinin yaradılması, qarşılıqlı məlumat mübadiləsi və vergi borclarının yığılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dörd gün davam edən danışıqlar nəticəsində Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə olunub. Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçirilib, tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.

Səfər çərçivəsində Portuqaliyanın Vergi və Gömrük Təşkilatının səlahiyyəti şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Dövlət Vergi Xidmətinin transfer qiymətləri üzrə eksperti görüşə video formatda qoşulub. Müzakirələr zamanı müxtəlif ölkələrin qabaqcıl təcrübələri nəzərdən keçirilib və tərəflər gələcəkdə bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Tarix
2022.11.29 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla