Yuxarı

Pakistan bankları Bakıya gəlir gəlir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan bankları Bakıya gəlir gəlir

Pakistan Milli Bankı Bakıdakı filialını bağlasa da, digər Pakistan banklarının Azərbaycan bazarına marağı var və onlar burada filial açmaqla bağlı danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin deyib.

Bundan başqa, onun sözlərinə görə, iki ölkə sığorta sahəsində də əməkdaşlıq edə bilər:

"Azərbaycan və Pakistanın sığortaçılar assosiasiyaları arasında danışıqlar gedir. Onlar Anlaşma Memarandumu imzalaya və əməkdaşlıq edə bilər. Sığorta xidmət sektorunun böyük hissəsini təşkil edir. Dekabrda bununla bağlı görüşün keçirilməsi planlaşdırılır".

"Pakistanın lizinq şirkətləri də Azərbaycanda fəaliyyətə maraq göstərir. Bununla bağlı görüşlər isə gələn ilin fevral ayına nəzərdə tutulub", - deyə Xurram Javaid Bhattin əlavə edib.

Xatırladaq ki, hazırda Azərbaycanda Pakistanın "MCB Bank"ının törəməsi - "MCB" QSC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir. Pakistan Milli Bankı isə Azərbaycan bazarını tərk etməyə bu ilin oktyabr ayında qərar verib.

Tarix
2022.12.01 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla