Yuxarı

Qərb əndazəni aşdı: dəyərlər yerlə-yeksan edilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb əndazəni aşdı: dəyərlər yerlə-yeksan edilir

Qərb özünü “liberal” kimi təqdim edir, amma liberalizmin qəbrini qazmaqla, bütün prinsiplərini, dəyərlərini yerlə-bir etməklə məşğuldur.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiya neftinə tətbiq edilən qiymət məhdudiyyəti ilə bağlı qeyd edib.

O bildirib ki, Rusiyanın işğalçı siyasətini bəhanə edib, neft-qaza qiymət qoymağa çalışırlar, təhlükəli presedent yaradırlar:

“Bu gün Rusiyaya, neft-qaz bazarına tədbiq edilən qiymət məhdudiyyəti, dövlətlərin bazara kobud müdaxiləsi sabah başqa ölkələrə, başqa növ mal və xidmətlərə də şamil edilə bilər – bu isə əsl “kommunist” yanaşması, dövlətin iqtisadiyyata axmaqcasına müdaxiləsidir.

“Nyu-kummunist liberallar” tək iqtisadiyyata müdaxilə ilə qalmırlar, azadlıqları, söz-mətbuat azadlıqlarını da boğmağa cəhd edirlər – sosial şəbəkələrə müdaxilə edirlər, saytları bloklayırlar, elə Rusiya kimi avtoritar yanaşma ilə davranaraq, bunu “liberalizm” kimi qələmə verirlər.

İndi də İlon Maskı, onun sahibi olduğu Tvitteri hədəf alıblar – AB daxili bazar üzrə komissarı (yeri gəlmişkən, vəzifələrin adını “komissar” qoymaqla da kommunistlərə çox bənzəyirlər) Terri Breton AB ərazisində bu sosial şəbəkənin bloklana biləcəyini bəyan edib, müxtəlif mənasız səbəblər səsləndirib, amma əsl səbəb odur ki, Mask Tvitterdə söz azadlığını genişləndirməyi düşünür, hətta 2020-ci il ABŞ-da prezident seçkilərində baş verən pozuntularla bağlı sensasion sənədlər dərc edib – dərhal da AB ona qarşı hərəkətə keçməklə bağlı bəyanat səsləndirib”.

Ekspert bildirib ki, Qərbə münasibət onun dəyərlərinə, seçki, söz, toplaşmaq və başqa azadlıqların qorunmasını görədir:

“Ümumbəşəri dəyərlər olan azadlıqların qorunması missiyasını məhz Qərb öz üzərinə götürmüşdü, indiki siyasi elitanın böyük bir hissəsi isə əsl “kommunist” yanaşma ilə azadlıqları məhdudlaşdırmağa, iqtisadiyyata kobudcasına müdaxilələrə cəhd edir”.

Tarix
2022.12.04 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla