Yuxarı

Ekspertdən banka borcu olanlara mühüm məsləhət

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmələr bankın iddiasını tam təmin edir, borclu vətəndaşı isə maksimum yükləyirlər. Ancaq vətəndaş bilməlidir ki, banklar kredit müqavilələrində qanunu kütləvi şəkildə pozur.

Axar.az xəbər verir ki, bu fikirlərlə bank eksperti Əkrəm Həsənov çıxış edib. Banka borcu olan şəxsi məhkəməyə verən icraçıya qarşı nə etmək lazım olduğu barədə bəzi məsləhətlər verən ekspert belə məqamda bir qədər diqqətli olmağı tövsiyə edir:

"Borclu şəxsə ilk məsləhətim odur ki, nə bankdan, nə də icraçıdan qorxsun. Əmlakı və gəliri olmayan borclu və ya zamin, bir qayda olaraq, bankın ona qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesində iştirak etmir. Yaxud iştirak etsə də, hüquqşünas yardımından istifadə edə bilmir. Buna görə də məhkəmə adətən bankın iddiasını tam təmin edir.

Əlbəttə, vətəndaşın hüquqşünas yardımına pulu olsaydı, məhkəmə ən azı bankın iddiasını tam təmin etməzdi. Ən azından vətəndaşın borcu heç olmasa daha az olardı. Məhkəmələr nəzərə almalıdır ki, banklar kredit müqavilələrində qanunu kütləvi şəkildə pozurlar. Bu səbəbdən də vətəndaşlar qorxmamalıdır.

İcraçı borcluya (zaminə) müraciət edir ki, borcu könüllü ödəsin. Təbii, vətəndaş ödəyə bilmir. Bundan sonra adətən banklar vətəndaşa hədə-qorxu gəlir. Ancaq bundan qorxmaq lazım deyil. Sadəcə, problemin nədən qaynaqlandığını, borcu hansı səbəbdən ödəyə bilmədiyinizi, aylıq gəlirinizi, ailə durumunuzu qeyd edərək icraçıya məktub yaza bilərsiniz. İcraçıya qanunu bildiyinizi izah etsəniz, sizin məlumatsızlığınızdan və qorxmağınızdan sui-istifadə edib, məhkəməyə müraciət etməkdən yayınar. Bank icraçısı sizi davamlı olaraq narahat etsə belə eyni məzmunlu məktubu təkrar olaraq göndərməyiniz və bu hal davam edərsə, polisə şikayət edəcəyinizi bildirməyiniz kifayət edir. Ancaq bu halda bank sizdən əl çəkə bilər. Həmçinin belə olduğu halda bank sizə möhlət də verə bilər".

Ekspert qeyd edib ki, borclu icraçıya yazdığı məktubun sonunda belə bir xatırlatma da qeyd edə bilər:

"Sizi əmin edirəm ki, imkanım olan kimi, özümün və ailəmin yaşayış minimumu həddindən yuxarı gəlir əldə etməyə başlayan kimi borcumu mütləq ödəyəcəyəm. Həmin vaxta qədər mənim maliyyə vəziyyətimin tərəfinizdən yoxlanılmasına etiraz etmirəm və buna hazıram. Dediklərimin doğru olduğuna özünüz əmin olacaqsınız".

Tarix
2015.11.04 / 13:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla