Yuxarı

İpotekanı daha çox onlar götürür...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İpotekanı daha çox onlar götürür...

Azərbaycanda ipoteka kreditlərinə görə daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) hesabatında deyilir.

Hesabata əsasən, 2015-ci ilin III rübünün yekunları üzrə ipoteka kreditlərinin təqribən 22 faizi bank və sığorta şirkətlərinin əməkdaşlarının payına düşüb.

Siyahıda sonrakı yerləri hərbçilər (20,7 faiz), enerji sahəsinin (13,1 faiz) və hüquq-mühafizə orqanları əməkdaşları (9,2 faiz) tuturlar.

Kreditlərin qalan hissəsi rabitə, nəqliyyat, səhiyyə, təhsil, tikinti və digər sahələrin əməkdaşlarının payına düşür.

Bununla yanaşı, vətəndaşlar daha çox (52,9 faiz) ipotekaya qiyməti 30-60 min manat olan mənzillər (2015-ci ilin III rübün sonuna) alırlar.

Hesabata əsasən, əksər hallarda ipoteka obyekti qismində ümumi sahəsi 40-60 kvadratmetr (41,7 faiz) və 60-80 kvadratmetr (30,7 faiz) olan mənzillər olurlar.

AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabrında AİF xətti üzrə 77,2 milyon manat məbləğində kredit verilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən təqribən 1,8 faiz azdır.

Tarix
2015.11.09 / 18:10
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla