Yuxarı

Dolların bahalaşmasının səbəbi nədir? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dolların bahalaşmasının səbəbi nədir? – Şərh

ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar bu dəfə də dollara əlavə dəstək verdi və dünya valyutası bahalaşmağa başladı.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev açıqlama verib. O, hesab edir ki, dolların bahalaşmasını Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını (ayda 60 milyard avro miqdarında pul çapı) artırmaq niyyəti də stimullaşdırdı:

"Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir. Azərbaycanda da artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb. İnsanlarda bununla bağlı gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir. Hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Ancaq Azərbaycanda yaxın dövrlərdə bu, mümkün deyil. Çünki onun fəsadları ağır ola bilər. Dolların bugünki bahalaşmasını heç də üzən məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvala, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir. İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər. Bugünki ucuzlaşmanı isə sırf texniki hesab etmək olar. Çünki manatın məzənnəsi fiksə olunmuş şəkildə MB tərəfindən müəyyən olunur. Hazırkı bahalaşmanı yumşaq devalvasiya hesab etmək olmaz. Nəzərə alaq ki, söhbət hər 100 dollara bir neçə qəpik bahalaşmadan gedir. Ola bilsin, MB sabah dolları yenidən ucuzlaşdırsın. Yəni bunu yumşaq devalvasiya ilə əlaqələndirmək tezdir".

Tarix
2015.11.10 / 16:59
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla