Yuxarı

AB-nin Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-nin Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Avropa Birliyi Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Britaniyanın "Telegraf" nəşri sənədin tam versiyasını dərc edib.

Qəzetin məlumatına görə, AB-nin irəli sürdüyü təkliflər aşağıdakılardır:

1. Münaqişə dayandırıldıqdan sonra etibarlı sülh və təhlükəsizlik üçün xüsusi tədbirlər görüləcək.

2. Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdəsinə götürür.

3. Moskva və Kiyev atəşkəsə riayət edilməsi ilə bağlı üçüncü ölkələr tərəfindən nəzarətin təşkilini dərhal müzakirə etməyə başlayır.

4. Atəşkəsə nəzarəti ABŞ-ın rəhbərliyi altında Ukraynanın müttəfiqləri həyata keçirəcək. Monitorinq əsasən peyklər, PUA-lar və digər texniki vasitələrlə məsafədən aparılacaq.

5. Tərəflərin atəşkəs pozuntuları barədə hesabat təqdim edə biləcəyi və vəziyyəti düzəltmək üçün tədbirləri müzakirə edəcəyi mexanizm yaradılacaq.

6. Rusiya bütün deportasiya olunmuş ukraynalı uşaqları geri qaytaracaq. Bu proses beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət altında aparılacaq.

7. Moskva və Kiyev hərbi əsirləri “hamı-hamıya” prinsipi ilə dəyişəcək, Rusiya bütün saxlanılan mülki şəxsləri azad edəcək.

8. Ərazi məsələləri hazırkı təmas xətti əsasında müzakirə olunacaq.

9. Davamlı atəşkəs əldə edildikdən sonra tərəflər humanitar yardım tədbirlərinə başlayacaq.

10. Ukraynanın suverenliyi təsdiqlənəcək. Kiyev heç bir halda neytrallığa məcbur edilməyəcək.

11. Ukrayna ABŞ-ın və NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətləri alacaq.

12. Ukrayna Silahlı Qüvvələrinə və ölkənin müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmayacaq.

13. Avropa ölkələri və digər maraqlı dövlətlər Ukraynanın təhlükəsizliyinin təminatçıları olacaq. Ukrayna öz ərazisində müttəfiq qüvvələr yerləşdirmək hüququna malik olacaq.

14. Alyansın bütün üzvlərinin razılığı olduğu halda Ukraynanın NATO-ya üzvlüyü mümkün hesab ediləcək.

15. Ukrayna Avropa İttifaqına üzv olacaq.

16. Ukrayna nüvə silahından imtina öhdəliyini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini yerinə yetirməyə davam edəcək.

17. Ərazi məsələləri Rusiya ilə danışıqlar yolu ilə, tam atəşkəs əldə edildikdən sonra həll ediləcək.

18. Ərazi məsələləri razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna həmin sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyini öhdəsinə götürəcək.

19. Ukrayna ABŞ-ın iştirakı ilə Zaporojye AES üzərində nəzarəti bərpa edəcək, Kaxovka SES üzrə nəzarətin təhvil mexanizmi yaradılacaq.

20. Ukrayna Dnepr çayı boyunca maneəsiz gəmi hərəkəti hüququ əldə edəcək.

21. Kiyev və tərəfdaşları iqtisadi əməkdaşlığı heç bir məhdudiyyət olmadan davam etdirəcək.

22. Ukrayna tam bərpa ediləcək və zərərin ödənilməsi üçün maliyyə kompensasiyası alacaq. Rusiya aktivləri isə Moskva Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq.

23. Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər, lakin sülh razılaşması pozularsa, yenidən bərpa ediləcək.

24. Avropada təhlükəsizlik məsələləri üzrə danışıqlar bütün ATƏT ölkələrinin iştirakı ilə başlanacaq.

Tarix
2025.11.23 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili

Azərbaycan COP-a sədrliyi bu ölkəyə verdi

Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış?

Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla