Azərbaycan rabitə bazarının lider mobil operatoru
"Azersell" Telekom yeni kampaniyaya start verib.
Axar.az xəbər verir ki, şirkət SimSim abunəçiləri üçün 3-20
dekabr, 2015-ci il tarixində "Azersell"dən Pulsuz Danışıq Günü"
kampaniyasını keçirir.
Kampaniya çərçivəsində 3 AZN və ya daha yüksək nominallı SimSim
danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni
"Azersell"lilərlə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem
tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən
seçilərək abunəçiyə bildirilir. Kampaniyaya qoşulmuş abunəçi, bu
kampaniyaya yenidən ən son yukləməsindən 7 təqvim günü keçdikdən
sonra yenidən qoşula bilər. Onu da bildirək ki, pulsuz danışıq
günündə abunəçinin şəbəkə daxili zənglərinin davamiyyəti 30 dəqiqə
ilə məhdudlaşdırılacaq. Kampaniya qoşulan abunəçilər 1010 qisa
nomrəsinə boş SMS gondərməklə pulsuz danışıq günləri haqda daha
ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, hər kəs tərəfindən
böyük maraqla qarşılanan bu kampaniya hər il şirkət tərəfindən
abunəçilərinə hədiyyə olunur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə
bilərsiniz.
"Azersell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir və
fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini
saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə
olaraq, Azərbaycana "Azersell" gətirib: GSM texnologiyası, öncədən
ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil
internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən "Azersell"
Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s.
Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan "Azersell"in
şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna
"Azersell" abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir.
2011-ci ildə "Azersell" 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi
olan LTE xidmətini təqdim etmişdir. "Azersell" Azərbaycanın mobil
rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük
sərmayədarıdır. "Azersell" dünyanın 17 ölkəsində fəaliyyət
göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min
əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.