Yuxarı

Azərbaycanın neftdən gəliri 98% artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın neftdən gəliri 98% artdı

2022-ci ildə Azərbaycanın neft-qaz sektorunda ixracın həcmi 98,1 faiz artaraq 37,9 milyard dollara çatıb.

Axar.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 20,8 milyard dollar xam neftin, 16,4 milyard dollar təbii qazın, 0,7 milyard dollar isə neft məhsullarının payına düşüb.

2022-ci ildə qeyri-neft ixracı 15,4 faiz artaraq 2,9 milyard dollara çatıb.

Qeyd edək ki, bütünlükdə 2022-ci ildə Azərbaycanın məhsul ixracı 88,4 faiz artaraq 40,9 milyard dollara çatıb.

2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 54,4 milyard dollar olub. Xarici ticarət dövriyyəsinin neft-qaz sektorundakı müsbət saldo 35,4 milyard dollar olub, qeyri-neft-qaz sektorunda isə 8 milyard dollar dəyərində defisit formalaşıb.

2022-ci ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo 27,4 milyard dollar olub. Ötən il ölkə dünyanın 189 ölkəsi ilə ticarət münasibətində olub: xarici ticarət dövriyyəsinin 10,3 faizi MDB ölkələrinin, 89,7 faizi isə digər ölkələrin payına düşüb.

Tarix
2023.06.08 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla