Yuxarı

Təngənin dəhşətli çöküşü – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təngənin dəhşətli çöküşü – Səbəb

Son iki gündə Rusiya və Çinin milli valyutalarının kəskin dəyər itirməsi Qazaxıstan iqtisadiyyatında daha çox hiss edilməkdədir.

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, Qazaxıstan təngəsinin ətraf ölkələrə nisbətən dollar qarşısında sürətlə çökməsinin səbəbini belə izah edib:

"Birinci səbəb Qazaxıstan iqtisadiyyatının xeyli dərəcədə neftdən asılı olmasıdır. İkinci və ən mühüm səbəb isə Rusiya ilə yanaşı, Çinlə güclü əlaqələrin mövcudluğudur. Son iki gündə hər iki ölkənin milli valyutası, yəni rubl və yuan ciddi dəyər itirib. Bu proses isə Qazaxıstan təngəsinə çox böyük təsir göstərir. Həm bu təsirlər, həm də neftin qiymətinin aşağı düşməsi nəticəsində təngənin daha da ucuzlaşması labüddür. Hazırkı proses də bunu sübut edir. Məsələn, bu təsir Belarusda Qazaxıstana nisbətən daha az hiss edilir. Çünki Belarusun təkcə Rusiya ilə əlaqəsi güclüdür. Ancaq Qazaxıstanın ticarət dövriyyəsinə baxsaq, Rusiya birinci, Çin isə ikincidir. Məhz bu səbəbdən də kənar təsirlər Qazaxıstanın iqtisadiyyatında daha çox hiss edilir".

Qeyd edək ki, bu gün Qazaxıstan təngəsi dollara münasibətdə tarixi minimuma enib. Hazırda ölkə banklarında 1 dollar 350 təngəyə dəyişdirilir.

Tarix
2016.01.08 / 14:59
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla