Yuxarı

ÜDM artımında geriləmə: Sərhədi açın! - Çağırış

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜDM artımında geriləmə: Sərhədi açın! - Çağırış

2023-cü ilin ilk 10 ayında Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) artımı cəmi 0,5 faiz olub ki, bu da MDB-də ən pis göstəricidir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, ÜDM-in adambaşına düşən dəyərinə görə Azərbaycan əvvəllər Ermənistan və Gürcüstanı iki dəfə üstələyirdi:

“İndi isə Azərbaycanda ÜDM çox zəif artır. Hökumətin iqtisadi komandası ciddi addımlar atmalıdır. Azərbaycanda ÜDM və iqtisadiyyat neft-qaz və enerji sektorundan asılıdır. Bu sahədə isə ötən ildən başlayaraq hasilatın kəskin enməsi Azərbaycanda ÜDM-in artım sürətini kifayət qədər zəiflədib”.

N.Cəfərli qeyd edib ki, qeyri-neft sektorunun inkşaf etdirilməsinin həqiqətən vaxtı çatıb:

“Burada əsas məsələ investisiyaların artırılmasıdır. Azərbaycanda investisiyalar infrastruktur layihələrə yönəldilib. Bunun obyektiv səbəblərindən biri də işğaldan azad olunmuş ərazilərlə bağlıdır. Təbii ki, həmin ərazilərdə investisiya xərcləri bundan sonra da artacaq. Və bu investisiyaların əlavə dəyər yaratma potensialı yoxdur. ÜDM-in artması üçün birbaşa investisiyalar, zavodlar, fabriklər, istehsal və xidmət sahələri lazımdır. Bunun üçün də dövlət yox, özəl sektora diqqət artırılmalı və xarici şirkətlər cəlb olunmalıdır”.

Ekspertin sözlərinə görə, quru sərhədlərin uzun müddət bağlı qalması da ÜDM-in artım sürətinə mənfi təsir göstərir:

“Buna görə də quru sərhədlər mütləq açılmalıdır. Gürcüstan və Ermənistanda quru sərhədlərin açıq olması bu ölkələrin iqtisadiyyatına və ÜDM-in artmına müsbət təsir göstərir”.

N.Cəfərli Ermənistanda adambaşına düşən ümumi daxili məhsulun artımının əsas səbbələrini də izah edib:

“Rusiyaya iqtisadi sanksiyalardan yan keçməsi üçün yardım etdiyi 3 ölkədən biri Ermənistandır. Ermənistan Rusiyaya ixrac etdiyi məhsulları rəsmi hesabatlarda şişirdilmiş rəqəmlərlə göstərir. Buna görə də Ermənistanda adambaşına düşən ÜDM-nin dəyərinin artımı normal və orqanik artım deyil”.

Tarix
2023.12.05 / 14:34
Müəllif
Valeh Dadaşov
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla