Yuxarı

Serbiya Bakıdan qaz idxalını 3 dəfə artıra bilər - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serbiya Bakıdan qaz idxalını 3 dəfə artıra bilər - Nazir

Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər.

Axar.az xəbər verir ki, bunu Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Hazırda biz bu qaz kəmərini tam gücü ilə istismar etmək istəyirik. Gələcəkdə ehtiyac yaranarsa, biz onu 3,2 milyard kubmetrə qədər genişləndirə bilərik. Bu, demək olar ki, Serbiyanın qaza olan tələbatını tam 100 faiz ödəyəcək. Hazırda bu kəmər üçün əsas qaz mənbəyi Azərbaycandır və biz 2036-cı ilə qədər 400 milyon kubmetr qazın tədarükünə dair müqavilə imzalamışıq. 2037-ci ildən etibarən tədarük həcmi demək olar ki, üç dəfə arta bilər”, - nazir bildirib.

Onun sözlərinə görə, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Biz evlərimizə və fabriklərimizə daha çox qaz verə biləcəyik. Azərbaycandan əlavə tədarüklə ölkəmizin bu hissəsində qaz təchizatını genişləndirə biləcəyik. Bu, enerji sektorunda ikitərəfli strateji əlaqələrimizi daha da dərinləşdirəcək. Prezidentlərimiz arasındakı gözəl münasibətlər sayəsində Serbiya əsas qaz tranziti ölkəsi kimi xəritədə öz mövqeyini möhkəmləndirəcək”, - Dubravka Cedoviç-Handanoviç əlavə edib.

Tarix
2023.12.10 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla