Yuxarı

ABM-dən xəbərdarlıq: Bu investisiya şirkətinə aldanmayın!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABM-dən xəbərdarlıq: Bu investisiya şirkətinə aldanmayın!

Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər.

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir. Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər. Fırıldaqçılar qeyd olunan şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışaraq onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər.

Mərkəzi Bank bir daha əhalini diqqətli olmağa və fırıldaqçıların bu tipli təkliflərinə aldanmamağa, belə halların geniş vüsət almamasından ötrü investisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin və lisenziyası olan şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün Mərkəzi Bankın rəsmi internet səhifəsindən istifadə etməyə çağırır.

Tarix
2023.12.13 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla