Yuxarı

Pensiya, maaş və müavinətlər yenə artacaq? - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya, maaş və müavinətlər yenə artacaq? - Açıqlama

Dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycana əlavə gəlirlər gətirir.

Axar.az xəbər verir ki, bunu Trend-ə deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, ilkin qiymətləndirmələr göstərir ki, dünya bazarında neft qiymətinin büdcədə nəzərdə tutlandan 10 ABŞ dolları yüksək olması Azərbaycana 2 milyard manata yaxın vəsaitin daxil olmasına səbəb olur.

“O vəsaitin bir qismi dövlət büdcəsinə, bir qismi də Dövlət Neft Fonduna daxil olur. Bu, dövlət büdcəsindən daha çox vəsaitin sosial istiqamət də daxil olmaqla, müxtəlif istiqamətlərə yönləndirilməsinə imkan verir. 2022 və 2023-cü illərdə dünyada neftin qiymətinin baha olması sosial paketlərin dərinləşməsinə imkan verdi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və milli təhlükəsizliyimizin gücləndirilməsinə daha çox vəsait ayırmaq mümkün oldu. Bu baxımdan, neftin qiymətlərinin artması sosial istiqamətə daha çox vəsait ayırmağa imkan yaradır”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin dövlıt büdcəsində neftin bir barelinin qiyməti 60 ABŞ dolları dəyərində nəzərə alınıb. Hazırda isə dünyada neft qiyməti 75 ABŞ dolları civarındadır.

Tarix
2023.12.16 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla