Yuxarı

Bayraqdar Cabbarovla görüşdü - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayraqdar Cabbarovla görüşdü - Foto

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdarla görüşüblər.

İqtisadiyyat Nazirliyindən Axar.az-a bildirilib ki, görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, bu il Azərbaycanda təşkil olunacaq COP29 tədbiri də alternativ enerji və digər sahələrdə müzakirələrin aparılmasına və əməkdaşlıq üçün yeni imkanların açılmasına təkan verəcək.

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.01.27 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla