Yuxarı

Bu bankın gəlir və mənfəəti kəskin azaldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bank VTB Azərbaycan ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 89 milyon 351 min manat olub.

Axar.az xəbər verir ki, bu barədə Valyuta.az məlumat yayıb.

Belə ki, “Bank VTB Azərbaycan” ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 2022-ci il ilə müqayisədə 5 milyon 500 min manat, yaxud da 5,7% azalıb.

2023-cü ildə fiziki şəxslərin depozitləri 65 milyon 305 min manat olub, bu isə illik müqayisədə 1 milyon 512 min manat, yaxud 2,3% çoxdur.

Hesabat dövründə hüquqi şəxslərin depozitləri 24 milyon 045 min manat olub, bu isə 2022-ci illə müqayisədə 7 milyon 013, yaxud 22,5% azdır.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” ASC 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 296 min manat, yaxud da 10,9% azdır.

“Bank VTB Azərbaycan” gəlirləri 2023-cü ildə 34 milyon 972 min manat təşkil edib, bu, 2022-ci illə müqayisədə 4 milyon 258 min manat (10,9%) azdır.

Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 249,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8% çoxdur. Bunun 163,761 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Tarix
2024.01.30 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

Şahin Şıxlinski Moskvada görün harada saxlanılıb...

Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

Bakının bu addımı Suriyada qayıdışı sürətləndirir - Zorlu

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Bakıdan Dəməşqə uzanan enerji körpüsü... – Təhlil

Azərbaycandan Suriyaya nə qədər qaz ötürüləcək?

Trampın təklifi: Putin 10 günü gözləmədən cavab verdi

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla