Yuxarı

AYİB-lə ASCO arasında 60 milyonluq kredit müqaviləsi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYİB-lə ASCO arasında 60 milyonluq kredit müqaviləsi...

18:55

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında dövlət zəmanəti olmadan “Handysize” tipli 2 quru yük gəmisinin maliyyələşməsi üzrə kredit müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyindən Axar.az-a bildiriblər ki, bununla əlaqədar keçirilmiş tədbirdə Avropa Yenudənqurma və İnkişaf Bankında Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov, AİH-in baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev, AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər.

Kredit müqaviləsini AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev və AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos imzalayıblar.

Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir. Kredit müqaviləsi 2 tranşdan ibarət olmaqla, gəmilərin alınmasının 70 faizinin AYİB tərəfindən ayrılan kredit vəsaiti, 30 faizinin isə ASCO-nun daxili imkanları hesabına maliyyələşməsini nəzərdə tutur.

Tədbirdə ölkəmizdə həyata keçirilən layihələrə, eləcə də qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan nəqliyyat və tranzit yükdaşımaları sahəsində icra edilən irimiqyaslı layihələrə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB tərəfindən göstərilən marağın və müxtəlif maliyyələşmə alətləri ilə verilən dəstəyin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, AYİB tərəfindən dövlət zəmanəti olmadan birbaşa ASCO-ya kreditin ayrılması Azərbaycanda səhmləri dövlətə məxsus olan müəssisələrdə aparılan uğurlu islahatların, beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunun, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsinin göstəricisidir.

Diqqətə çatdırılıb ki, AYİB ilə yeni əməkdaşlıq gəmiçiliyin inkişafında yeni mərhələdir və bu gün imzalanan kredit müqaviləsi QSC-nin fəaliyyət coğrafiyasının genişləndirilməsinə, ölkəmizin Xəzərdən kənarda yükdaşıma potensialının daha da artırılmasına xidmət edir.

Bundan başqa, ASCO ilə əməkdaşlıq çərçivəsində imzalanan kredit müqaviləsi qlobal iqlim dəyişiklikləri üzrə çağırışların icrasına da müsbət töhfə verəcək. Belə ki, kredit müqaviləsi Beynəlxalq Dənizçilik Təşkilatının son ekoloji tələblərinə cavab verən müasir quru yük gəmilərinin alınmasını nəzərdə tutur.

Tarix
2024.02.01 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla