Yuxarı

Pensiya kapitalı artacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya kapitalı artacaq

Pensiyaların indeksləşdirilməsi həm də pensiya kapitalının artmasına imkan verəcək.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov danışıb.

O qeyd edib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyalarının məbləği əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur:

"Eyni zamanda, əmək pensiyaları ilə yanaşı, pensiya kapitalı da artırılır. Belə ki, pensiya kapitalı əvvəlki illərdə istehlak bazarındakı qiymət indeksinə uyğun artırılır. Bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Yəni şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 4400 manat artırılaraq, 54 400 manata çatdırılır".

Qeyd edək ki, Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək, 11,2 faiz artırılıb.

Tarix
2024.02.06 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla