Yuxarı

Banklardan əhaliyə böyük kredit güzəşti

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklardan əhaliyə böyük kredit güzəşti

Azərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb.

Baku.vs-in məlumatına görə, güzəşt tətbiq edən banklardan biri " Bank Respublika"dır. Bu bankda dollarla krediti olanlara unikal güzəşt təklif edilir. Müştəri dollarla götürdüyü kreditini manatla əvəz edə bilər. Yəni dollarla götürülən borc manatla ifadə olunaraq yeni müqavilə hazırlanır və borcunuz dollarla deyil, manatla hesablanmağa başlayır.

Dollar krediti olanlara güzəşt edən banklar arasında "Bank of Baku" da var. Bu bank dollarla götürülən krediti birdəfəlik ödəmək istəyən müştələrə ödənişi 1,35 məzənnəsi ilə həyata keçirməyi təklif edib. Bank həmçinin gecikməyə görə hesablanmış cərimə faizlərini də silib.

Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov bir müddət öncə əhalinin dollarda olan kreditləri ilə bağlı məsələyə münasibət bildirərkən bankların əhaliyə güzəşt etməsini məqsədə uyğun olduğunu bildirmişdi. Nazir hesab edirdi ki, banklar faizləri azaltmalı, ödəniş müddətini uzatmalıdır. S.Şərifov bu məsələdə Mərkəzi Bankın da banklara güzəşt edə biləcəyini vurğulamışdı.

Tarix
2016.03.08 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla