Yuxarı

OPEK neftlə bağlı razılığa gəldi: 2026-cı ilin sonuna qədər...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
OPEK neftlə bağlı razılığa gəldi: 2026-cı ilin sonuna qədər...

OPEK+ ölkələri 2026-cı ilin sonuna qədər gündəlik 39,7 milyon barrel xam neft hasilatı ilə bağlı razılaşma əldə edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

"Razılaşmaya əsasən, bu müddət ərzində Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Bununla yanaşı, 8 ölkə 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1,65 milyon barrel əlavə könüllü ixtisar öhdəliklərini 2026-cı ilin dekabrına, 2023-cü ilin noyabrında elan edilən gündəlik 2,2 milyon barrel əlavə könüllü ixtisarları isə 2025-ci ilin mart ayının sonuna qədər davam etdirəcəklər", - nazir bildirib.

Həmçinin bu ölkələrin gündəlik 2,2 milyon barrel ixtisarları 2026-cı ilin sentyabr ayının sonuna qədər mərhələli şəkildə ləğv ediləcək.

P.Şahbazov qeyd edib ki, OPEC+ ölkələrinin bu razılaşmaları qlobal neft bazarının dayanıqlığını təmin etmək və neft sənayesinin davamlı inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Tarix
2024.12.05 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla