Yuxarı

Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü –

4 gün əvvəl Salyan rayonunun Xurşud kənd sakini, 18 yaşlı Fərqanə Əsədovanı qətlə yetirən atası Rauf Əsədov 2-ci qrup Qarabağ əlili imiş.

Axar.az xəbər verir ki, bu barədə virtualaz.org-a mərhum qızın əmisi Babək Əsədov məlumat verib.

Onun sözlərinə görə, qardaşı, 1975-ci il təvəllüdlü Rauf orta məktəbdə əlaçı şagird olub. Amma sonralar təhsilini davam etdirməyib, sürücü-mexanik peşəsinə yiyələnib. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə ən yaxşı ustalardan sayılırmış.

Ailə həyatı qurub. Kiçiyi 10, böyüyü 20 yaşında olan 5 uşaq atası olub. Evləri olmadığından kənddəki istifadəsiz köhnə məktəb binası məskunlaşmaq üçün onlara verilibmiş. Elə qətl hadisəsi də burada baş verib.

Rauf Əsədov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq 2-ci qrup əlil olub. Elə o vaxtdan da əsəb sarsıntısı keçirdiyindən psixolji problemləri yaranıb, içkiyə və narkotikə qurşanıb. Nəticədə iki dəfəyə 10 ildən yuxarı məhkumluq həyatı yaşayıb. Bir dəfə dava-dalaş, bir dəfə isə narkotikə görə cəza çəkib.

Qardaşı deyir ki, Rauf bəzən bir həftə düzəlib “ağıllı-başlı “ adam olurdu, sonra yenə aqressiv duruma düşürdü və səbəbsiz yerə dava-dalaş salırdı. Bir ay əvvəl-dörd il yarım həbs çəkəndən sonra azadlığa çıxıbmış.

Həbsdən qayıdan Rauf həyat yoldaşını döyüb-söyərək incitdiyindən qadın atası evinə gedibmiş. Ailədə hələ Raufun həbsindən əvvəl də münaqişə yaşanırmış və hətta Əsədovlar ailəsi münaqişəli ailə kimi polisdə qeydiyyatda imiş. Belə ki, bir neçə gün əvvəl Rauf qızı Fərqanənin üzərinə qaynar çaydan ataraq xəsarət yetirdiyinə görə polisdə araşdırma aparılırmış. Hadisədən 1 gün əvvəl isə atası Fərqanəni rayon mərkəzinə apararaq onun üçün xeyli əyin- baş alıb. Amma evə qayıdan axşamı bıçaqla vuraraq əvvəlcə yaralayıb, bir qədər keçdikdən sonra isə yaralı qızı 2-ci bıçaq zərbəsi ilə ürəyindən vuraraq qətlə yetirib.

Deyilənə görə, Rauf həmin axşam 2 şüşə araq içibmiş. Qızını öldürən sərxoş ata gecə saat 3 radələrində ağlaya-ağlaya oğlu, 17 yaşlı Əkbəri yuxudan oyadıb ki, “Fərqanəni qətlə yetirmişəm”.

Əkbər isə, atası həbsxanadan yenicə çıxdığından, polisə gəlib və qətli üzərinə götürüb. Amma hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Əsədov qızını sinə nahiyəsindən 2 dəfə bıçaqla vuraraq qətlə yetirdiyini etiraf edib.
Onu da qeyd edək ki, Əsədovlar ailəsi çox mühafizəkardır. Belə ki, bizə göstərməyə Fərqanənin bir şəklinin belə olmadığını bildirdilər. Hətta qızın məzarındakı nişan taxtası üzərində ad və soyadı da yazılmamışdı.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Tarix
2016.12.04 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla