"Əgər bu ölkədə tibb deyilən bir şey mövcuddursa, o
zaman bu tibbin biliciləri öz rəylərini veriblər. Əməliyyatın
yanlış seçildiyini, anesteziya üsuluna ehtiyac olmadığı
bildiriblər. Ekspertizanin ilkin və yekun rəyləri, Səhiyyə
Nazirliyinin baş anestezioloq və mütəxəsislərinin mətbuata təqdim
edilən rəyi qarşısında Firuz İbrahimovun bu açıqlaması ancaq
özünümüdafiə xarakteri daşıyır. Bu adam artıq vicdanını o qədər
itirib ki, ölkənin ən nüfuzlu tibb mütəxəssislərinin rəyini belə
hesaba almadan yalan uydurmaqda davam edir".
Bunu tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən
ekspertizanın rəyini tamamilə səhv adlandıran və rəyi qəbul
etmədiyini deyən anesteziloq Firuz İbrahimovun açıqlamasına
münasibət bildirən mərhum tənqidçinin həyat yoldaşı Anar Niftəliyev
deyib.
"AzNews.az"a açıqlamasında Anar Niftəliyev Firuz İbrahimovu
faciənin böyüklüyünü dərk etməməkdə günahlandırıb: "Bu şəxs
faciənin səviyyəsini dərk etməyəcək qədər vicdansızlıq edə bilir.
Üstəlik 1 saylı
Şəhər Klinik Xəstəxanasında işini davam etdirir. Pula görə hər şey
etməyə hazır olan bu şəxsin yenidən həkim işləməsi necə mümkün ola
bilər? Dövlət xəstəxanasında onu işə qəbul edənlər ən azından
istintaqın nəticəsini gözləyə bilərdilər".
İstintaqın artıq yekunlaşmaq üzrə olduğunu deyən A.Niftəliyev
F.İbrahimovun cəzalandırılacağına inandığını vurğulayıb: "Mən sizin
sayt vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edirəm. Sabah isə
Səhiyyə naziri Oqtay Şirəliyevə açıq məktubla müraciət edəcəyəm. Bu
adam Səhiyyə Nazirliyinin baş anestezioloqunun və baş
ekspertlərinin 4 ardıcıl rəyini şübhə altına alır. Bu qanmaz adam
özünü müdafiə etmək üçün bütün səviyyələrdə olan instansiyalara
böhtan atır və əməliyyatın düz keçdiyini deyir. Axı belə adam
səhiyyədə necə işləyə, bundan sonra əməliyyatara necə girə bilər?
Belə vicdanını itirmiş səviyyəsiz və savadsız adamları sayəsində
Azərbaycan səhiyyəsi insanlarımız üçün dar ağacına, gilyotinə
çevrilib. Mən elə düşünürəm ki, şəxsən cənab nazir - Oqtay
Şirəliyev vicdanını itirmiş bu yaramazın fəaliyyətinə qiymət
verməlidir. Bu şəxs onsuz da həbs olunacaq, cinayəti sübut
ediləcək. Bu iş Oqtay Şirəliyevin də nəzarətindədir.
Nazirlik
istintaq bitənə qədər Firuz İbrahimovun həkimlik fəaliyyətini
nəzarətə götürməli idi. Ən azından Firuz İbrahimov istintaq
yekunlaşana qədər həkimlikdən kənarlaşdırılmalı idi. Amma bunun
əvəzində o indi 1 saylı xəstəxanada fəaliyyətini davam etdirdiyini
aləmə bəyan edir".