Yuxarı

Mustafayev bir dəqiqəyə Elnarənin əmrini verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafayev bir dəqiqəyə Elnarənin əmrini verdi

Müğənni Elnarə Xəlilova yenidən aparıcılığa başlayıb.

Axar.az xəbər verir ki, müğənni "Speys" telekanalında "Xanımlar saatı" adlı proqramda aparıcılıq edəcək. 3 illik fasilədən sonra teleməkana dönən Elnarə Vaqif Mustafayevin dəvəti ilə işə başladığını bildirib:

"Şəxsən Vaqif Mustafayev məni "Speys" televiziyasında aparıcı kimi görmək istədiyini dedi. Özümü hansı formatlı verilişdə, hansı layihədə görmək istədiyimi soruşdu. Mən də xanım kimi xanımlarla bağlı, mətbəxdən tutmuş kosmetologiyaya, geyimə qədər, xanım dedikdə nə yada düşürsə, həmin mövzuları əhatə edən proqramda gördüyümü bildirdim. O da bir dəqiqənin içərisində məni "Xanımlar saatı" verilişinə aparıcı kimi təsdiqlədi".

Qeyd edək ki, proqram həftə içi 5 gün, saat 12:45-də Speys TV-də efirə gedəcək. Elnarə bu layihənin də uğurlu olacağına əmindir: "Verilişdə də bir çox dəyişiklik edilib. Dekorasiyadan tutmuş bir çox yeniliklər var. Mən də öz imicimdə dəyişikliklər etmişəm. Tamaşaçılar yeni verilişdə, yeni dekorasiyada, yeni aparıcını yeni imicdə görəcəklər. Komandamız çox güclüdür. Qarşımıza məqsəd qoymuşuq ki, uğurlu layihə ərsəyə gələcək".

Xatırladaq ki, müğənni E. Xəlilova uzun müddət ATV və ANS telekanallarında və radioda aparıcılıq edib.

Tarix
2016.09.21 / 11:27
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla