Yuxarı

“Türkologiya” jurnalının növbəti sayı çıxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkologiya” jurnalının növbəti sayı çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının 2016-cı il üçün ikinci sayı çapdan çıxıb.

Bu barədə Axar.az-a jurnalın məsul katibi Elçin İbrahimov məlumat verib. O, "Türkologiya" jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxıstan, Almaniya, Azərbaycan alimlərinin məqalələrinin yer aldığını, oxucuların dilçilik, ədəbiyyat, folklor, fəlsəfə, tarix, yazılı abidələr və digər sahələrdə diqqətəlayiq elmi nümunələrlə qarşılaşacağını bildirib.

Elçin İbrahimov həmçinin, jurnalın bu sayında "Türkoloji irs", "Dilçilik", "Ədəbiyyat və Folklor", "Fəlsəfə və Tarix", "Yazılı Abidələr" rubrikalarında yer alan nəzəri məqalələrin, "Türkoloji mərkəzlər", "Elmi həyat", "Personalia", "Nekroloqlar" bölmələrində toplanan yazıların oxucu marağına səbəb olacağına inandığını deyib.

Tarix
2016.10.06 / 18:14
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla