Yuxarı

“Bir də gördüm ki, gəlib “Əhmədli”yə çıxmışam”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bir də gördüm ki, gəlib “Əhmədli”yə çıxmışam”

Yolda gəzəndə, metroda gedəndə, avtobusda olanda da mən ancaq rolum haqda fikirləşirəm. Bəzi şeyləri görməməyə çalışmıram yox e, görmürəm. Çünki fikrim hazırladığım obrazın yanında olur. Yolda gedəndə də rolumun üzərində işləyirəm.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın görkəmli teatr və kino aktyoru Fuad Poladov ATV-də yayımlanan "Geriyə baxanda" verilişində rastlaşdığı bir məqamdan bəhs edərkən deyib:

"Ancaq elə məqamlar olub ki, diqqətimi cəlb edə bilib. Bir dəfə metroda gedirdim, iş vaxtının sonu idi, insanlar çox idi. Məsələn, düşməli idim "Gənclik" stansiyasında, bir də gördüm ki, gəlib çıxmışam "Əhmədli"yə. Səbəb bu idi ki, yanımda bir uşaqla bir kişi dayanmışdı. Hiss olunurdu ki, qüsurlu uşaqdır. Babasını isə mən öz təxəyyülümdə belə təsəvvür edirdim: hansısa böyük bir zavodda baş mühəndis işləyib. Nimdaş, amma çox təmiz geyinmiş bu kişinin susub nəvəsinə baxması məni apardı "Əhmədli" stansiyasına. Amma o susqunluqda o qədər böyük bir monoloq var idi ki...

Qüsurlu nəvənin üzündə isə bir təbəssüm vardı. Özü də hiss olunurdu ki, onun qüsuru gözlərindədir. Sanki üzündəki təbəssüm deyirdi: "Baba, hər şey yaxşı olacaq! Mənə görə heç narahat olma".

Baba isə baxıb fikirləşirdi ki, niyə onun qüsurunu aradan qaldırmaq üçün əlindən heç nə gəlmir.

Bir kəlmə söz olmayıb. Amma onların arasında daxilən gedən və mənim də fantaziyamda yaratdığım bu dialoq məni sonuncu stansiyaya apardı".

Görkəmli aktyor Çexovun əsərlərinə marağından da danışıb.

"Çexovun bir əsəri var, arzum ya bu il, ya da gələn il onu oynamaqdır. Ona görə indi Çexovun əsərlərinə müraciət edirəm. İndi stolumun üzərində Çexovun pyesləri, əsərləridir".

Tarix
2016.10.31 / 13:51
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla