Yuxarı

Səməd Behrəngi: Şahın öldürdüyü müəllim - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Behrəngi: Şahın öldürdüyü müəllim - Video

Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Güney Azərbaycanın Təbriz şəhərində, fəhlə ailəsində anadan olub.

Kult.az xatırladır ki, ibtidai təhsilini burada “Tərbiyyət” məktəbində alıb. Sonra Təbriz Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.

Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində müəllim kimi başlayıb. Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). Azərbaycan nağıllarını toplayaraq, fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən doğma dilə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və b. hekayə və nağıllarını yazıb (1967-1969). Maraqla qarşılanan hekayələrindən olan “Balaca qara balıq” azadlığa həsr olunub.

İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb, kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Səməd Behrəngi 1968-ci il avqustun 30-da İranda Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. İran şahı tərəfindən öldürüldüyü güman edilir.

Onun haqında müxtəlif qisa filmlər çəkilib. Türkiyədə onun kitablarının biri haqda çəkilən filmi təqdim edirik:

Tarix
2017.06.24 / 08:45
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla