Məhəbbətin əslində nə
olduğunu bəlkə də heç kim bilmir. Bu, bir psixi-virus xəstəliyidir,
yoxsa ruhi təkamülün yüksək zirvəsidir, ya bəlkə maqnit sahələrinin
qarşılıqlı fiziki təsiridir? Yer üzündə nə qədər insan varsa,
ehtiraslı, fədakar məhəbbətin, dostyana, ruhi-mənəvi birliyə
gətirən məhəbbətin də o qədər müxtəlif növü var. Elə buna görə də
sevgi romanlarının seçimində də tamamilə fərqli bədii nümunələrlə
rastlaşırıq. Axı hər kəs məhz "onun" məhəbbətinin təsvir edildiyi
kitabı seçir.
Həftəlik elektron qəzet "Vikers Vikli" gənclər arasında bir
sorğu keçirib: "Ən çox sevdiyin sevgi romanı hansıdır?"
Səsləndirilən cavablar bir daha təsdiləyir ki, klassika bu gün də
yaşayır və oxunur. Axar.az bu sorğunun nəticələrini oxucularına
təqdim edir.
1. E.Heminquey - "Zəng kimin üçün çalır"
Nadir haldır ki, bir romanda hissin yaranma mexanizmi də, onun
gözəlliyi də, məhəbbətin zamandan güclü olması kimi möcüzəvi fakt
da (onunla keçən ikicə gün – üç gecə və yarım qalmış iki gün də
bütöv bir ömrə bərabər ola bilər) olduqca dəqiqliklə təsvir
edilib.
2. М.Bulqakov - "Master və Marqarita"
Əsl məhəbbət cənnət, cəhənnəm və ruhi xəstəxanadan da
keçəcək.
- Hələ heç vaxt məhəbbət və yaradıcılıq belə sıx "sarmaş-dolaş"
olmayıb.
- Sevən qadının sevdiyi kişi naminə çəkə bilməyəcəyi şey
yoxdur.
- Məhəbbətdən fədakarlıq və misilsiz sədaqət kimi bəhs olunan ən
yaxşı romandır.
3. Коlin Makkalou - "Çaqqal gavalısında
oxuyanlar"
Bir neçə nəsil boyunca davam edən əsl güclü və dərin məhəbbətin
tarixçəsi. Vaxt keçir, qəhrəmanlar dəyişir, lakin onların məhəbbəti
ölmür.
Bu, sevgi realizmidir. Müəllif öz qəhrəmanını (Ralfı) kitabın
sonunda təsadüfən öldürmür. Makkalou deyir ki, "happy end" (xoşbəxt
sonluq) olmayacaq. Meqqi (romanın əsas qadın qəhrəmanı), həyatda da
tez-tez rast gəldiyimiz kimi, tənha qalır. Qəlbində isə yalnız
cavabsız qalmış məhəbbət... Bu, gerçək əhvalatdır.
4. Ceyn Ostin - "Qürur və xəbərdarlıq"
Gözəldir, sevimlidir, təsirlidir.
Əlbəttə, sadəlövh və ağlabatandır, ancaq bütün bunlar göz
yaşları doğuracaq qədər necə əziz və bakirədir.
5. L.N.Tolstoy - "Hərb və sülh", "Anna
Karenina"
Bir əsərdə uyğunlaşdırılması ağlasığmaz görünən uyğunsuzluqları
– mütəfəkkir yazıçı Tolstoyun dərin tarixizmi və əlbəttə ki
süjetdəki qəhrəmanların romantik münasibətləri ilə bağlı
gözlənilməz dönüşlər – bu eyni zamanda tarixi, psixoloji və sevgi
romanı bir yerdə!
Qəlbindəki hər şeyi yandıraraq nəhayət ölümə gətirib
çıxarır.
6. Qabriel Qarsia Markes - "Vəba zamanı
məhəbbət"
Hər şeyə - hətta zamana da qalib gələn məhəbbət... qəribədir,
bəzən hətta heyran edən də xoşa gəlmir.
7. E.M.Remark - "Borc həyat", "Üç yoldaş"
Heç bir "happy end" yoxdur, ancaq iztirab var. Ancaq bütün
standart atributlara baxmayaraq, Remarkın kitabları sevilir.
"Məhəbbət" sözündə hələ heç vaxt belə açıq-aydın inilti
eşidilməyib. Yəqin ki, həytın o biri üzündə bizim hamımızı məhəbbət
gözləyəcək...
8. Sesiliya Axern - "İnanmıram. Ümid etmirəm. Sevirəm"
"P.S. Səni sevirəm"
Təhkiyənin orijinal forması – məktublaşma – təxminən 50 il
ərzində insanlara hər addımda bu tələsən və mənasız həyatda
bir-birləri üçün məhz kim olduqlarını anlamağı hiss etdirməyə imkan
verir. Sesiliya Axern – məhəbbətin müasir anlamıdır, ancaq hər
halda onda məhəbbətin həmişəki kimi ölümdən güclü olması əksini
tapıb.
9. Viktor Hüqo. "Gülən adam", "Paris Notrdam
kilsəsi"
Əslində məhəbbət haqqındakı ən yaxşı əsərlərdən hesab oluna
bilər, ancaq müxtəlif növ məhəbbət: ehtiraslı, incə, gözünü yumub
sədaqətlə bağlanan və əzablı fəda olmaq duyğusunun yaşandığı
məhəbbət...
Vacib deyil, necə görünürsən, vacib deyil, neçə yaşın var və
harada yaşayırsan – sən insansan və hər şeyə üstün gələn, hər şeyi
unutduran gözəl bir hissə qabilsən.
10. М.Мitçel "Küləklə sovrulanlar"
Məşhur tarixi hadisələr fonunda gözəl məhəbbət əhvalatı.
"Oxunan" deyil, "dönə-dönə oxunan əsər".
Dünya ədəbiyyatının ən gözəl əsərlərindən biri. Mitçell çox
əsrarəngiz əsər yaratmış, insan qəlbinin bütün qatlarına nüfuz
etmiş və anlada bilib ki, insanın daxilindəki yeganə incinin nə
olduğu yenə də müəmma olaraq qalır.