Yuxarı

Festivala film qəbulu başa çatdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Festivala film qəbulu başa çatdı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25-29 iyun 2014-cü il tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Axar.az xəbər verir ki, Festivala film qəbulu artıq yekunlaşıb. Seçim komissiyasına ümumilikdə 58 ölkədən 405 film daxil olub. Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər arasından müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 6 kateqoriya üzrə yarışacaqlar.

Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul vəsaiti

II yerə Gümüş mükafat - diplom və mükafat

III yerə Bürünc mükafat - diplom və mükafat.

Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro məbləğində pul vəsaiti ilə mükafatlandırılacaq.

Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaq. Bu il II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qonaqları arasında "Oskar" mükafatlı kinematoqrafçıların olacağı da gözlənilir.

Xatırladaq ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalı, mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.

Tarix
2014.06.13 / 16:02
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

“Nyukasl” azarkeşləri heyrətləndi: Bakıda gülünc dərəcədə...

Belqraddakı görüş göstərdi ki, Serbiya ilə münasibətlər...

İlham Əliyev qambiyalı həmkarını təbrik etdi

Qurbanovun ardınca o gedəcək: yerinə nazir müavini gətirilir

Paşinyan ABŞ-a getdi

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Prezident Münhendə təsdiqlədi: Bu məsələdə güzəşt yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla