Yuxarı

Abşeronda fövqəl durum: rəis müavininə 10 gün vaxt verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon Polis Şöbəsinin yeni rəisi Şəhriyar Şəmşirlinin bu gün şöbədə keçirdiyi geniş toplantıda ilginc məqamlar üzə çıxıb.

İyunun 21-də polis şəbəsində işçilərə təqdim edilən Ş.Şəmşirli bu gün geniş toplantı ilə vəziyyət haqqında məlumat almaq və tapşırıqlarını vermək istəyib. Ancaq iclasdan qabaq bəlli olub ki, şöbənin qeydiyyat dəftəri və qeydiyyat sənədlərindən bəziləri "itib".

Polis şəbəsindəki mənbədən Axar.az-a verilən məlumata görə, bu "itkini" hansısa neqativ əməllərin ört-basdır edilməsi və gizlədilməsi kimi dəyərləndirən yeni rəis "itki" kimi təqdim edilən sənədlərin dərhal üzə çıxarılmasına göstəriş verib. Rəis xidməti işlər üzrə müavini, polis polkovnik-leytenantı Oqtay Süleymanlı və Dəftərxana şöbəsinin rəisi Leyla Abbasovaya 10 gün möhlət verib. İlk gündən qeyri-normal iş münasibəti yaradan müavinə verilən vaxt müddətində işi təhvil-təslim etmək və istefa vermək tələb olunub.

Yeni rəis Abşeron Rayon Polis Şöbəsinin tərkibində bir neçə bölmə yaranacağı və şöbənin idarəyə çevriləcəyi perpektivinə də toxunub və şöbənin işinin daha səmərəli təşkili üçün ciddi göstərişlərini verib.

Daxil olan məlumatla bağlı Abşeron RPŞ-nin dəftərxana rəisi Leyla Abbasova ilə əlaqə saxladıq. L.Abbasova bu gün Abşeron polisində geniştərkibli iclasın keçirildiyini təsdiqləsə də, qeydiyyat sənədlərinin itməsini inkar etdi:

"Bu gün toplantı keçirilib. Amma mən toplantıda iştirak etməmişəm. Bizim şöbədə hansısa sənədin itməsindən söhbət belə gedə bilməz. Hər bir sənəd qaydasındadır".

Xatırladaq ki, Şəhriyar Şəmşirli Abşeron Rayon Polis Şöbəsinə yenicə rəis təyin edilib. Ş.Şəmşirli bundan öncə Xaçmaz rayonunun polis rəisi işləyib. O, "Azəryolservis" QSC-nin sədri Cavid Qurbanovun qardaşı, məşhur aşıq Dədə Şəmşirin nəvəsidir.

Tarix
2014.06.23 / 16:13
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla