Yuxarı

Almaniya icbari hərbi xidməti nəzərdən keçirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya icbari hərbi xidməti nəzərdən keçirir

Almaniyada 2027-ci ilə qədər bütün kişilər üçün icbari hərbi xidmətin bərpası ehtimalı müzakirə olunur.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri, Xristian-Demokrat İttifaqının üzvü Tomas Rövekamp məlumat yayıb.

Onun sözlərinə görə, əgər orduya şəxsi heyət cəlbi yalnız könüllü sistemlə tələb olunan səviyyəyə çatmasa, ölkə icbari hərbi xidmətə qayıtmağa məcbur olacaq:

“Qərar gələn ilin iyulun 31-dək qəbul edilməlidir. Bu tarixdə hərbi xidmətlə bağlı mövcud qanunvericilik qüvvəyə minəcək”.

Qeyd edək ki, Almaniyada iccbari hərbi xidmət 2011-ci ildə dayandırılıb. Ukraynada müharibədən sonra Avropada təhlükəsizlik vəziyyətinin dəyişməsi fonunda Berlin müdafiə siyasətinə yenidən baxır və ehtiyat qüvvələrin artırılması istiqamətində addımlar atır. Almaniya hökuməti ordunun sayını təxminən 185 mindən 260 min nəfərə çatdırmağı planlaşdırır.

Tarix
2026.06.28 / 01:39
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla