Yuxarı

"Qarabağ" hələ optimal formasından uzaqdır - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" hələ optimal formasından uzaqdır - Qurbanov

"Qarabağ" klubu optimal formasından uzaqdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Avstriyanın "Tirol" komandasına qarşı keçirilən yoxlama oyunundan sonra deyib.

"Köhlən atlar"ın mətbuat xidmətinə danışan mütəxəssis qələbə qazandıqları qarşılaşma barədə şərh verib:

"Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir.

Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidirlər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik".

Qeyd edək ki, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "Tirol" kollektivi ilə qarşılaşan "Qarabağ" rəqibini 4:0 hesabı ilə üstələyib. Azərbaycan klubunun heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.

Tarix
2026.06.28 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev kimdir, niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla