Ona özü haqda danışmaq çətin gəlir. Deyir ki, mənim
haqqımda həmişə başqaları danışıb.

Bir vaxt
dillərdən düşmürdü. Həyatı boyu rəqslə məşğul olub. Rəqsi ilk dəfə
atasından öyrənib. Deyir ki, atam toylarda məni önə çəkirdi, sonra
bağçada fəallığım özünü göstərdi:
"Hələ uşaq yaşlarımda vedrəni nağara əvəzi əlimə
götürüb ifa edirdim, eyni zamanda da rəqs
edirdim".
Beləliklə, müsahibimiz Rəqqas Kamildir.
Rəşid Behbudov gəldi, özüylə yenilik
gətirdi
- İlk
fəaliyyətinizə kimlərlə başlamısız?
- İlk müəllimim Böyükağa müəllim olub, 1951-ci ildən 1955-ci ilə
qədər onun tələbəsi olmuşam, onun vaxtında Moskva-Bakı yolunu
Zabrat yoluna çevirmişdik. Çox tez-tez Moskvaya gedib-gəlirdik,
həmişə də qızıl medalla qayıdırdıq. 1955-ci ildə Varşavadan
qayıdanda Rauf Hacıyev orkestr qurmuşdu, bizi də ora dəvət etdi.
Çünki Varşavada üçüncü turdan Gürcüləri geridə qoyub birinciliklə
vətənə döndük. Beləliklə, Rauf Hacıyevin sayəsində özfəaliyyətdən
birbaşa professional səhnəyə keçdik, bizim bir-birindən zəngin
qastrol səfərlərimiz başladı. Sonradan Rauf Hacıyev oldu nazir,
onun yerinə bədii rəhbər olaraq Rəşid Behbudov gəldi və özüylə
yenilik gətirdi, ansamblın görkəmini yaxşı mənada dəyişdi.
Beş
qardaşın bircə bacısını qaçırmışdım
- Rəqs məşqlərinə hansı yaşdan başlamaq şərtdir?
- Rəqsdə konkret yaş həddi yoxdur. Sadəcə, uşağı rəqsə qoyanda
birinci onun sağ-sol bilməsinə önəm versinlər. Çünki bunu bilmək
birinci şərtdir.
-
Səhnədə "Naz eləmə"nin möhürünü vuran Kamil müəllim sevdiyi xanıma
sevgi etirafını necə edib?
- Mən sevdiyim xanımı - beş qardaşın bircə bacısını qaçırmışdım.
Bir-birmizi sevirdik, zorla qaçırmamışam. 5 qızım, 8 nəvəm, 7
nəticəm var və ailəmlə qürur duyuram. Xanımım 6 il öncə dünyasnı
dəyişib, sevdiyin xanımın yoxluğunu, tənha qalmağı Allah heç kimə
göstərməsin.
O rəqs gəlinin ismətini itirir
-
Toylardakı rəqslər sizdə nə təəssürat yaradır?
- Mənə bir cütlük müraciət edib, müasir rəqsin öyrədilməsini
xahiş etdilər, mən də dedim ki, mən müasir rəqs qurmuram, sizə vals
təklif edə bilərəm. Müasir rəqs bəy-gəlin rəqsi deyil, gəlin gərək
ağır ola, o rəqs isə gəlinin ismətini itirir. Bir də gəlin toyda
gərək bir dəfə oynasın, ya bəylə, ya da nəslin
ağsaqqal-ağbirçəyiylə, indi buna əməl edən kimdir? Gəlin-bəy hər
havaya oynayır. Halbuki mən toylarda "Qoçəli"dən başqa heç bir
havanı rəqs etmirəm.
Mən
Kamil Dadaşovam
- Bəs öz toyunuzu necə xatırlayırsız?
- Toyum "Domsovet"in böyük yemək salonunda olub, gəlin maşınını
pilləkənlərin üstünə sürmüşdülər. Toy deyildi, əsl şou idi,
müğənnilər də oxuyurdu, rəqslər də ifa olunurdu.
-
Sonda oxuculara sözünüz nə olardı?
- Mən Kamil Dadaşovam, özüm haqda danışmağı heç vaxt sevməmişəm,
çünki buna ehtiyac olmayıb, məni sənətim insanlara təqdim edib,
tanıdıb. Heç vaxt heç kəsi təkrar edib, oxşamağa çalışmamışam, öz
yolum, öz dəsti-xəttim olub. Məni insanlar buna görə sevib, mən də
xalqımı sevirəm. Mən Xalq artisti deyiləm, xalqın artistiyəm. Allah
xalqımı mənə çox görməsin, uzun ömür, can sağlığıyla, xoş niyyət,
əməli salehlik və hər günə şükür etməklə ömrün anlarını gözəl
yaşasınlar.