Yuxarı

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

O gün Qarabağ günü idi. Harada doğulmasından asılı olmayaraq, hamı qarabağlıydı. Ağdamlıydı. İmarətliydi. Stadionda olduğu kimi inanılmaz bir coşqu vardı. Sevgi vardı.

Çoxdan yatmış, öləzimiş istəyin alovu şölələnirdi ortalıqda. Qarabağın adını yaşadan, unutmağa qoymayan gənc imarətçilərin bu coşqusuyla, sevgisiylə Qarabağa-Ağdama, İmarətə, Şuşaya getmək olar. Və mütləq gedəcəyik. Doğma İmarətdə - İmarətin özündə “Qarabağ”ın oyununu izləyib orada azarkeşlik edəcəyik.

“Qarabağ” gözəl oyunlarıyla 25 ildi içimizdə yatan ağrıya, niskilə sevinc qatdı. İlk dəfə Qarabağ adına sevindik. “Qarabağ” Qarabağın mübariz, əzmkar, döyüşkən olduğunu bir daha göstərdi.

“Qarabağ” Qarabağın udulacaq-qaytarılacaq istək və ümidinə oyanış etdi.

Qarabağ adında nə varsa, o bizim şərəfimizdir.

İnamlı, mübariz oyunu ilə bizi Avropanın yaşıl meydanlarında sevindirən “Qarabağ”ımız da.

“Qarabağ” komandasına oyunlarda edilən haqsızlıqlar Qarabağa edilən haqsızlıqların davamıdır. Bu ümumən Qarabağın acı tale yazısıdır.

“Qarabağ” komandası Azərbaycan, Qarabağ, Ağdam adını dünyada tanıtdı. İlk dəfə Avropanın ən güclü, seçmə komandaları ilə üzləşən, hələ o qədər də tanınmayan “Qarabağ” sıradan bir komanda olmadığını, qəsdən azlıqda saxlanılsa da, onunla oynamağın asan olmayacağını bir daha nümayiş etdirdi.

Tədbirdə iştirak edən hər kəs “Qarabağ” sevgisini bildirməklə bərabər. “Qarabağ”a - Qurban Qurbanova, oyunçulara, bizə sevinc yaşatmaqda əməyi olan hər kəsə uğurlar dilədi. Gözəl, yaddaqalan oyunlarda, nailiyyətlərdə xüsusi rolu olan baş məşqiçiyə “Qarabağ”la bu sevinci sona, qələbələrədək aparmaq arzulandı.

Tədbirdən sonra, qaranlıqda olduğu yeri dəqiq müəyyənləşdirə bilməyən, evlərinə necə gedəcəklərini soruşan, Qarabağın işığına, adına gəlmiş, Qarabağın, doğma yurdun izi itmiş yollarına ürəyinin işığında təzə cığır salacaq neçə-neçə məktəbli, tələbə gördüm.

Sevgisi üzündən oxunan bu uşaqlara baxıb qələbələrə doğru getdim bir anlıq.

Nə qədər ki bu sevgili gənclər var, Qarabağ unudulmayacaq. Qarabağ udulacaq.

Sakit, sönük Qarabağ tədbirlərindən çox fərqlənən bu coşqulu tədbirdə Qarabağın gələcək qələbələrinin iştirakçılarını görüb çox sevindim.

“Qarabağ” sevgisinə, coşqusuna və bu gözəl tədbirə görə eşq olsun sizə, İMARƏT-çilər!

Sevginiz heç zaman tükənməsin. Yolunuz daima açıq olsun!

Eşq olsun sizə, “Qarabağ”!

Daha gözəl oyunlar və qələbələr arzusuyla...

Uğurlarınız, uğurlarımız davamlı olsun “Qarabağ”, Qarabağ!

Tarix
2017.12.12 / 00:37
Müəllif
Rəfail Tağızadə
Digər xəbərlər

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla