Yuxarı

Şerlok Holms prototipinin maraqlı üsulu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şerlok Holms prototipinin maraqlı üsulu

Artur Konan Doyl Edinburq Universitetinin tibb fakültəsinn tələbəsi olub və nə vaxtsa yazıçı ola biləcəyini ağlına belə gətirmədən diqqət kəsildiyi professor və həkim Cozef Bellanın mühazirələrini sevə-sevə dinləyib. Sonralar bütün dünyada məşhurlaşan xəfiyyə Şerlok Holmsın prototipi də məhz bu insan olub.

Onun mühazirələri tələbələrinin yaddaşına həkk olunub. Hərdən elə olurdu ki, Bell öz mühazirələrini hələ tam müayinə edilməmiş pasientin üzərində qurur və bütün auditoriya qarşısında sual qoyurdu: kimsə bu dəqiqə deyə bilərmi ki, bu, necə bir insandır, haradan gəlib bura çıxıb və xəstəliyi nədir? Həmişə tələbələrin cavab variantları həddən çox olsa da doğru cavabla üst-üstə düşəni, demək olar ki, olmurdu. Onda professor özü işə qoşulurdu. Müsalçün, bir dəfə növbəti uğursuz "identifikasiya"dan sonra Bell başında şlyapa, qızdırma içində titrəyən hansısa qəribə bir kişini sakitcə və məntiqi mühakimə ilə tələbələrə izah edirdi: bir halda ki, insan şlyapanı çıxartmağın lazım olduğunu unudub, deməli, ədəb qaydalarını yadırğayıb. Buradan isə belə bir nəticə çıxır ki, bu vətəndaş son dövrlərdə orduda xidmət edib, axı orada hərbi qaydada salamlamaq mümkün olsun deyə papağı çıxartmaq olmaz. Əgər onda Qərbi Hindistanda müşahidə olunan qızdırma-titrətmə əlamətləri varsa, böyük ehtimalla bu adam Edinburqa Barbadosdan gəlib.

Bu qədər dəqiq və mötəbər izahdan heyrətə gələn tələbələrin "Afərin!" sədalarına isə professor ciddi şəkildə cavab verirdi: "Mən sadəcə, deduksiya (düşünmə prosesində ümumidən xüsusiyə getmə) qabiliyyətimə güc verirəm".

Konan Doylun yaratdığı parlaq xəfiyyəsi üçün deduktiv təfəkkür metodlu "fişka"nı haradan götürdüyü də elə buradanca məlum olur.

Tarix
2014.09.12 / 02:28
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla