Yuxarı

15 yaşdan kiçiklərə sosial şəbəkə qadağası ola bilərmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 yaşdan kiçiklərə sosial şəbəkə qadağası ola bilərmi?

Danimarkanın 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət gətirmək planı qlobal miqyasda uşaqların rəqəmsal təhlükəsizliyinə dair artan narahatlıqların nəticəsi kimi qiymətləndirilir. Bu qərar həm texnoloji, həm də sosial baxımdan preventiv addım sayılır və uşaqları kiberzorakılıqdan, manipulyativ alqoritmlərdən və psixoloji təsirlərdən qorumağı hədəfləyir.

Bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Əmrah Mövsümzadə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi barədə danışarkən deyib.

Onun sözlərinə görə, Danimarka modeli daha ciddi yaş təsdiqləmə mexanizmləri tələb edir:

“Biometrik analizlər, dövlət təsdiqli rəqəmsal İD-lər, valideyn nəzarəti və platformadaxili süni intellekt əsaslı yaş analizləri bu prosesin texniki dayaqları olacaq. Məqsəd uşaqları zərərli kontentdən və psixoloji risklərdən qorumaqdır”.

Mövsümzadə bildirib ki, Azərbaycanda da bu tip qaydaların tətbiqi hüquqi və sosial baxımdan mümkündür, lakin mərhələli şəkildə reallaşa bilər:

“Texniki infrastruktur, sosial şəbəkələrin yerli qanunlara uyğunlaşması və valideyn nəzarətinin gücləndirilməsi bu prosesin vacib elementləridir. Əgər düzgün tənzimlənərsə, bu addım psixoloji və sosial zərərin azalmasına real töhfə verə bilər. Amma ekstremal, sərt qadağalar uşaqların azadlıq hissini və rəqəmsal bacarıqlarının inkişafını məhdudlaşdıra bilər. Nəticədə uşaqlar saxta yaş qeydiyyatı kimi alternativ yollarla bu qadağanı yarıb asanlıqla keçə bilərlər.

Bu səbəbdən qadağa yox, nəzarətli və təhlükəsiz istifadə modelinin qurulması daha dayanıqlı hesab olunur”.

Ekspert əlavə edib ki, texniki nəzarət kifayət etmir: “Bu sahədə valideynlərin, məktəblərin və uşaqların maarifləndirilməsi ən az texniki vasitələr qədər vacibdir”.

Qeyd edək ki, Danimarka 13 yaşdan kiçik uşaqlara yalnız valideyn icazəsi ilə sosial platformalara giriş imkanı verməyi, 15 yaşdan aşağı olanlar üçün isə ümumi məhdudiyyət tətbiq etməyi planlaşdırır.

Tarix
2025.11.15 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Abbas Arakçı Bakıya yola düşdü

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla