Yuxarı

Nazarbayev həsədlə: “Belə filmlər çəkin!”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayev həsədlə: “Belə filmlər çəkin!”

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Möhtəşəm Yüz il" ruhlu tarixi filmlərin çəkilməsi ilə əlaqədar "Qazaxfilm"ə göstəriş verib.

Axar.az Businessnews.kz-ə istinadən xəbər verir ki, bu barədə Alma-Atı şəhərinin meri Əhmədcan Yesimov məlumat verib. Onun sözlərinə görə, türk serialı kimi tarixi kino-epopeyanın çəkilməsini Nazarbayev Alma-Atı şəhərində keçirilən beynəlxalq Avrasiya kinofestivalının açılışında çıxışı zamanı deyib:

"Mən dünən dövlət başçısı ilə danışdım. Söhbətimiz dünya miqyaslı epoxal lentlərin ərsəyə gəlməsindən getdi. Məsələn, prezidentimiz qeyd etdi ki, qazaxların əksəriyyəti böyük maraqla "Möhtəşəm Yüz il" türk serialına baxırlar. Bu səbəbdən də "Qazaxfilm"ə göstəriş verdi ki, Janibek və Kerey qazax xanlarından başlayaraq, ölkəmizin digər tarixi qəhrəmanları haqqında filmlər çəkilsin".

Yesimov xatırladıb ki, bu layihələrin ərsəyə gəlməsi üçün ölkəsində kifayət sayda peşəkar ssenarist və rejissor var.

Tarix
2014.09.18 / 01:57
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla