Yuxarı

Müğənni Elçin Hüseynov həbs edilə bilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni Elçin Hüseynov həbs edilə bilər

Müğənni Elçin Hüseynov ona aid "Nyu Layf" ("New Life") çay evində priton aşkarlanmasına görə həbs edilə bilər.

Axar.az xəbər verir ki, bunu hüquqşünas Xəyal Feyzullayev söyləyib. Hüquqşünas "Olaylar.az"a açıqlamasında sənətçinin həbsini istisna etməyib.

"Cinayət Məcəlləsinin 244-ci maddəsində "Əxlaqsızlıq yuvaları saxlama" cinayət əməlinin məzmunu və bu əmələ görə nəzərdə tutulmuş cəza göstərilir. Qanuna görə, əxlaqsız yuvalar saxlama dedikdə, belə yuvaların fəaliyyət göstərməsini təmin etməyə yönəldilmiş fəaliyyət başa düşülür.

Şəxs, mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyətçisi, sahibidir deyə, əxlaqsız faəliyyətin təşkili ilə bağlı birbaşa məsuliyyət daşımır. Lakin işin hallarından asılı olaraq, mülkiyyətçi, sahib və ya obyektin fəaliyyətini hər hansı formada təşkil edən, bu fəaliyyətdə iştirak edən şəxs CM-in 244-cü maddəsinin təsiri altına düşə bilər" - deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, obyektin mülkiyyətçisi və ya kirayəçisi CM-in 244-cü maddəsi ilə o halda məsuliyyətə cəlb edilə bilər ki, bu şəxs ona məxsus sahədən əxlaqsız məqsədlər üçün istifadə edilməsinə şərait yaradır, yaxud ən azı bu məqsədlə istifadə edildiyini bilir və ya belə istifadə ediləcəyini bilə-bilə onu icarəyə verir:

"Bu hallar nəzərə alınaraq, istintaq orqanı məsələyə qiymət verə bilər. Əgər müğənni Elçin Hüseynovun obyektində hər hansı qanunsuz fəaliyyəti təmin etməsi, deyildiyi kimi, əxlaqsızlıq yuvası kimi istifadə edildiyini bilməsi və s. yuxarıda sadalanan hallar müəyyən olunarsa, onun CM-in 244-cü maddəsi ilə ittiham edilməsinə əsas yarana bilər.

Ancaq bu məsələdə məlumatsız olması sübuta yetirilərsə, o, cinayət məsuliyyəti daşımır. Hər şey istintaq orqanının araşdırmasının nəticəsindən asılıdır".

Hüquqşünas onu da bildirib ki, sübuta yetirilərsə, onu 3 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, müğənni Elçin Hüseynova aid çay evində əxlaqsızlıq yuvası aşkarlandığı barədə məlumat yayılıb. Hazırda istintaq aparılır.

Tarix
2014.10.17 / 00:34
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bunu davam etdirəcəyik

Çexiyaya qonşu olan ölkələrə təbii qaz veririk - Prezident

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

İlham Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış edir

İlham Əliyevin Babişlə geniş tərkibdə görüşü başa çatdı

Qəbələdə Əliyevlə Babişin təkbətək görüşü keçirildi

Prezident onu Qəbələdə qarşıladı - Foto

Bakıya xaricdən 200 jurnalist gəlir - Böyük maraq

İlham Əliyev Cənubi Afrika prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla