Yuxarı

Azərbaycan dövlətinin yaranma tarixi - İmperiyanın süqutu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun genişləndirilmiş elmi şurasında Atropatena/Azərbaycan dövlətinin yaranma tarixi geniş müzakirə olunub. Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov iclasda Azərbaycan dövlətinin yaranma tarixi barədə məruzə ilə çıxış edib.

İnstitutdan Kult.az-a bildirilib ki, direktor, akademik Yaqub Mahmudov Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışıb. Bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: “Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb”. Akademik əlavə edib ki, ötən ilin sonunda Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb.

Tarixçi alimlər Azərbaycan dövlətinin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, Atropatena ölkəsinin adı müasir “Azərbaycan” anlayışının fonetik versiyasıdır. Məruzəçinin fikrincə, Roma tarixçisi Ammian Marsellin (IV əsr) və “Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinadla demək olar ki, Azərbaycan adını daşıyan dövlət eramızdan əvvəl VII əsrdə yaranıb. İndiyədək elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra eramızdan əvvəl 321-ci ildə yarandığı qeyd olunur. Əslində isə o vaxt Atropatenanın müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, eramızdan əvvəl 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində “Atropatena/Adorbayqan” adlı dövlətin yarandığını təsdiqləyək. Bu konsepsiyadan çıxış edərək deyə bilərik ki, Azərbaycan dövləti eramızdan əvvəl 612-ci ildə yaranıb.

Məruzədə vurğulanıb ki, dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir. V əsr Suriya mənbəyinə görə, bu sözlərin kökündə 2700 il əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan “Arpat” və yaxud “Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Böyük Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi. Albaniya dövləti isə eramızdan əvvəl I əsrdə yaranıb. Albaniya dövlətinin yarandığı ərazi eramızdan əvvəl 612-ci ildən eramızdan əvvəl II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır.

Tədbirin sonunda Yaqub Mahmudov deyib: “Elmi şurada qaldırılan məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır. Ona görə də ciddi elmi maraq doğurur. Elmdə yeni fikirlər süngü ilə qarşılanmamalı, onlara layiqincə yer verilməli, tədqiqatlar daha da genişləndirilməlidir”.

Tarix
2019.01.09 / 18:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla