Yuxarı

Deputatlar və səfirlər ADU-ya toplandı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlar və səfirlər ADU-ya toplandı – Foto

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə İtaliyada italyan dilində çap olunmuş “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, kitabda tarixən ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan, poeziyamıza dəyərli töhfələr və ölməz sənət əsərləri bəxş edən qadın şairlərinin zəngin ədəbi irsinə istinad edilib.

Tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, qurum rəhbərləri, qəzet redaktorları, İtaliya nümayəndə heyəti və ictimi-siyasi xadimlər iştirak edib.

ADU-nun rektoru akademik Kamal Abdulla çıxışında tədbirin böyük əhəmiyyətə malik olduğunu deyib:

“Bu gün Azərbaycan multikultural bir dövlət kimi dünyada ad qazanıb. “Azərbaycan multikulturalizmi” fənni dünyanın bir çox universitetlərində tədris edilir. Bu, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən aksiyadır. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycan multikulturalizmi, eyni zamanda, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, mənəviyyatı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Milan Universiteti kimi auditoriyadan son dərəcə səmərəli istifadə etməyi bacaracağımıza inanıram”.

K.Abdulla kitabın çapında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb: “Bu, bizim yalnız italyandilli tələbələrimizə deyil, həmçinin bütün tələbələrimizə böyük hədiyyədir”.

Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi müəssisənin yaranması, fəaliyyəti və məqsədi haqqında məlumat verib. O, Azərbaycanın qadın şairlərinin yaradıcılığı haqqında danışıb. G.Əfəndiyeva kitabın ərsəyə gəlmə ideyası və prosesi ilə bağlı məqamları diqqətə çatdırıb.

ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin sədri, deputat Paulo Qrimoldi, “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti kitabın tarixi və ədəbi əhəmiyyəti haqqında fikirlərini söyləyiblər.

Tədbirdə “Azərbaycan şeirinin qadın ruhu” sənədli filmi nümayiş olunub.

Daha sonra Mehriban Zəkinin ifasında Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan və digər qadın şairlərinin şeirlərinə mahnılar dinlənilib. Həmçinin, universitet tələbələri şeirlər və mahnılar səsləndirilib.

Tarix
2019.03.06 / 22:32
Müəllif
Kult.az
Digər xəbərlər

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla