Yuxarı

Bu ölkə tamamən boşaldılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə tamamən boşaldılır

Qlobal iqlim dəyişikliyi və dəniz səviyyəsinin sürətlə yüksəlməsi Sakit okeanda yerləşən kiçik ada dövləti Tuvalunu tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qoyub.

Axar.az Metbuat.az-a istinadla xəbər verir ki, artıq ölkədə vətəndaşların təxliyəsi prosesinə rəsmən start verilib və bu çərçivədə yerli əhalinin təxminən 82 faizi rəsmi şəkildə Avstraliyaya köçmək üçün müraciət edib. Bu kütləvi köç iki ölkə arasında imzalanmış tarixi iqlim və təhlükəsizlik sazişi çərçivəsində reallaşdırılır.

“Falepili Birliyi” adı verilən bu tarixi müqavilə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində gələcəkdə tamamilə sular altında qalacağı gözlənilən Tuvalu vətəndaşlarına Avstraliyada yaşamaq, işləmək və təhsil almaq hüququ verir. Eyni zamanda, sazişə əsasən Avstraliya hökuməti hər hansı təbii fəlakət, hərbi təcavüz və ya pandemiya zamanı Tuvaluya təhlükəsizlik zəmanəti vermək və yardım göstərmək öhdəliyini üzərinə götürüb. Bu addım bəşəriyyət tarixində iqlim dəyişikliyi səbəbindən bütöv bir dövlətin əhalisinin başqa ölkəyə rəsmi şəkildə köçürülməsini nəzərdə tutan ilk presedent kimi qiymətləndirilir.

Cəmi 26 kvadratkilometr sahəyə malik olan Tuvalu üçün iqlim böhranı artıq uzaq gələcəyin deyil, bu günün reallığına çevrilib. Alimlərin və iqlimşünasların proqnozlarına görə, yaxın onilliklərdə ölkənin tamamilə yaşayış üçün yararsız hala düşəcəyi qaçılmazdır. Ölkə rəhbərliyi vətəndaşlarının fiziki mövcudluğunu qorumaq üçün bu çətin, lakin zəruri addımı atmaq məcburiyyətində qalıb. İmzalanan razılaşma həm də o baxımdan unikal xarakter daşıyır ki, köç prosesindən sonra da Tuvalu beynəlxalq hüquqa görə öz dövlət suverenliyini və dəniz sərhədləri üzərindəki hüquqlarını qoruyub saxlayacaq.

Tarix
2026.07.18 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla