Yuxarı

Azərbaycana qarşı döyüşən erməni polkovnik barəsində qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana qarşı döyüşən erməni polkovnik barəsində qərar

Qondarma “Dağlıq Qarabağ ordusu”nda hərbi hissələrindən birinin keçmiş komandir müavini olmuş polkovnik Edik Maloyanın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. O, ev dustaqlığına buraxılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Edik Maloyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 426-cı maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatlara qanunsuz şəkildə çıxış əldə etmiş şəxs tərəfindən həmin məlumatların açıqlanması), həmçinin 46-427-ci maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatların açıqlanmasına təhrik etmə) ilə ictimai cinayət təqibi başlanıb.

Erməni KİV-lərinin məlumatına görə, Edik Maloyan eyni zamanda müxcalif Güclü Ermənistan Partiyasının tərəfdarıdır.

Edik Maloyan uzun illər Qarabağda Xocavənd rayonu istiqamətində Azərbaycana qarşı döyüşən hərbi hissədə xidmət edib. 2020-ci ildən sonra qondarma "Dağlıq Qarabağ" rejimində "milli təhlükəsizlik xidməti"ndə xüsusi təyinatlı "idarə" yaradıldıqda, həmin qurumun rəis müavini təyin olunub.

O, 2016-cı ilin aprel döyüşlərində, 44 günlük müharibədə və 2023-cü ildəki antiterror əməliyyatlarında Azərbaycana qarşı döyüşüb.

Tarix
2026.08.14 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla