Yuxarı

Ukraynanın Rusiyada əsas hədəfi: Vura bilmir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın Rusiyada əsas hədəfi: Vura bilmir...

Tatarıstanın Yelabuqa şəhərində yerləşən zavod Ukraynaya qarşı müharibədə istifadə olunan hücum pilotsuz uçuş aparatlarının istehsalının əsas mərkəzlərindən birinə çevrilib. Zavod Ukrayna Silahlı Qüvvələri üçün prioritet hədəf olsa da, hazırda Ukraynanın istehsala ciddi zərər vurmaq üçün texniki imkanları yoxdur.

Axar.az xəbər verir ki, bu barədə “Paper” nəşri yazıb.

Nəşr qeyd edir ki, zavod Nijnekamsk şəhərinin yaxınlığında yerləşir. Ukrayna bu həftə həmin şəhərdəki “Taneco” neft emalı zavoduna zərbə endirib. Tatarıstan Rusiya üçün strateji əhəmiyyət daşıyır: region neft hasilatı və emalının böyük mərkəzidir, burada yerləşən müəssisələr Rusiya hərbi maşınını resurslarla təmin edir.

Eyni zamanda, Nijnekamskdan təxminən bir saatlıq məsafədə Rusiyanın İranla birlikdə “Şahid-131” və “Şahid-136” hücum dronlarının istehsalına başladığı “Alabuqa” xüsusi iqtisadi zonası yerləşir. Sonradan müəssisə “Şahid”lərin modernləşdirilmiş Rusiya versiyaları olan “Geran” dronlarının, həmçinin “Gerbera” adlı aldadıcı dronların istehsalına keçib. Qiymətləndirmələrə görə, zavod gündə 170–190 aparat istehsal edə bilir.

Hudson İnstitutunun baş elmi əməkdaşları Lyuk Koffi və Can Kasapoglunun sözlərinə görə, Tatarıstandakı dron zavodunun fəaliyyətini davam etdirməsinə imkan verilsə, o, Ukraynanın hava hücumundan müdafiə sistemlərini gələcəkdə də yükləyəcək minlərlə pilotsuz uçuş aparatı istehsal edəcək.

Bildirilib ki, Ukrayna artıq 2024 və 2025-ci illərdə müəssisəyə zərbələr endirməyə cəhd edib. Lakin Koffinin sözlərinə görə, həmin zərbələr yalnız məhdud zərər vurub. Ekspert bunu obyektin güclü müdafiə sistemi və yeni tikililərin mümkün hava zərbələri nəzərə alınaraq inşa edilməsi ilə izah edib.

Tarix
2026.08.14 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla