Yuxarı

Salam Sarvandan yeni layihə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salam Sarvandan yeni layihə

Tanınmış şair, Kult.az saytının baş redaktoru Salam Sarvanın 3 kitabdan ibarət ("Filosofların savaşı"–1, "Filosofların savaşı"–2, "Filosofların savaşı"–3) "Filosofların savaşı" adlı əsəri yaxınlarda zaman ardıcıllığı ilə çapdan çıxacaq.

Məlumatı Axar.az-a təsdiq edən Salam Sarvanın bildirdiyinə görə, bu əsər, əslində, dünyanın fəlsəfə tarixidir və həmin tarixi 3 hissədə əhatə edir: Antik dövr ("Filosofların savaşı" – 1), orta əsrlər ("Filosofların savaşı" – 2) və yeni dövr ("Filosofların savaşı" – 3).

İndiyə kimi yazılmış fəlsəfə tarixlərindən bu əsərin fərqi barədə danışan şair bunları dedi: "Əvvəla, bu əsər elmi deyil, yəni burda dünyanın fəlsəfə tarixi yazıçı texnikasıyla yazılıb, özünəməxsus dili var. Həm də, adından da göründüyü kimi, statistik dərs vəsaiti deyil, dramaturgiyası olan əsərdir. Əsərdə süjet var, amma personajlar adamlar deyil, ideyalardır, təlimlərdir. Başqa tərəfdən, bu əsərdə dünya fəlsəfəsinin mənzərəsi o qədər aydın və anlaşıqlı təsvir olunur ki, oxumağı bacaran 15 yaşdan yuxarı istənilən adam bu 3 kitab vasitəsilə fəlsəfəni öyrənə biləcək. Yəni əsər kütləvi təyinatlıdır. Bundan da başqa, bu əsərdə fəlsəfi fikir tarixi bizdə indiyə qədər olmamış şəkildə əhatəli təqdim olunur..."

Salam Sarvan birinci kitabın artıq çapa hazır olduğunu, ikinci kitab üzərində son redaktə işini apardığını bildirdi. Şairin dediyinə görə, üçüncü kitab isə gələn ilin payızına qədər yekunlaşacaq.

Müəllif kitabların çap hüququnu maraqlanan nəşriyyatların birinə satmağa da hazır olduğunu bildirdi.

Tarix
2014.12.08 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla