İndi az adam tapılar ki, masonlar barəsində təməl bilgiyə sahib
olmasın. Yəqin ki, çox adam da masonların məqsədinin "Yeni Dünya
Düzəni", bunun da öz növbəsində nə olduğunu bilir. Yalnız
masonların müəyyən təşkilatlara bölündüyü (İlluminati, Opus Dei,
K.K.K və s. kimi) haqqında çox məlumatımız yoxdur.
Aydınlanmışların qaranlıq yanları
Günümüzdə dünyanı ən çox monopoliyası altına almış mason
təşkilatı – deyilənlərə inansaq İlluminatidir. İlluminati
"aydınlamış" deməkdir və bu təşkilatın üzvləri illuminatorlar, yəni
"aydınlanmışlar" adlanır. Təşkilat 1 May 1776-cı ildə Adam Veyşhoup
tərəfindən qurulub. Modern İlluminatinin məqsədi zehin kontrolu,
dövlətlərin ələ keçirilməsi və "Yeni Dünya Düzəni"dir. Yeni Dünya
Düzəninin nə olduğuna baxsaq, bu qorxunun hakim olduğu, dini
inancların olmadığı, vətənsevərliyin yox olduğu dünya deməkdir.
Çatdırılan subliminal mesajlar
Təşkilat istədiyini insanlara mesajlarla çatdırır. (Təbii ki,
bunlar nəzəriyyədir, amma qarşımıza çıxan faktlar bu nəzəriyyələrin
doğruluğunu göstərir.) İlluminati insanlara hansı yollarla öz
mesajlarını çatdırır? Nəyə görə ən aktual təşkilat odur? Çünki
media, musiqi, dizi, sinema sektoru onun əlindədir, məhz buna görə
də insanlara çatması asan olur. Media və xüsusən də yaxşı
tanıdığımız müğənnilər vasitəsi ilə bizə çatdırılan subliminal
mesajlar nələrdir?
Öncəliklə subliminal mesaj dedikdə nəyi nəzərdə tutduğumuzu
açıqlayaq. Subliminal mesaj bizə əsas 25-ci kadr (insan gözünün
deyil, yalnız beynin "gördüyü" görüntülər) vasitəsilə çatdırılır
ki, bu da daha çox reklamlara və filmlərə mənsubdur. Amma
subliminal mesajlar daha çox dünya gəncliyinin ən çox diqqətini
çəkən musiqi vasitəsiylə verilir. Buna görə də dünyaca məşhur
müğənnilərin çoxu bu təşkilatın üzvüdür. Yalnız bu durumdan
müğənnilərin də xoşbəxt olduqlarını deyə bilmərik. Bəzi müğənnilər
hətta bu durumdan narazı olduqlarını kliplərində açıqlayıblar. Buna
misal olaraq, Keti Perri "Yuxudan oyandı" (Wide Awake), Mili Sirus
"Dağıdıcı güc" (Wrecking Ball) və Rihannanın "S və M" klipini
göstərmək olar. Bu kliplərdən gördüyümüz kimi, mahnıda adı keçən
əxlaqsız-vulqar sözlər beynimizə ötürülür və bunu bizə çatdıran
şəxslər özləri də bu durumdan narahatdır.
Dünyanı sökən bənnalar
Nə yazıq ki, bu təşkilata bir daha girən şəxs çıxa bilməz,
çıxması özü üçün həyati təhlükə yaradar. Gəlin, İlluminatinin
rəmzinin anlamına fikir verək. Bildiyiniz kimi, masonlar Misirdə
piramida yapımı zamanı şübhəli davranışlarına görə Misirdən sürgün
edilmiş ustalardır ki, "mason" sözünün anlamı da bənnadır. Məhz
buna görə də emblemlərində pramidadan istifadə olunub, elə
İlluminatinin məhşur üçbucaq adəti də burdan gəlir. Bəs piramidanın
başındaki gözün anlamı nədir? Öncəliklə nəyə görə bunun iki göz
yox, bir göz olmasını aydınlaşdıraq. Çünki İlluminatorların Allah
olaraq qəbul etdiyi dəccalın sol gözü kordur. Məhz buna görə
massonların işarəti tək gözdür. Amma göz rəsminin burda təsvir
edilməsinin bir anlamı var təbii. Bunun anlamı isə odur ki, biz
səni izləyirik. Bəlkə də bu söz Corc Oruellin 1984 kitabının
oxucuları üçün tanışdır: "Böyük qardaş səni izləyir".
Qardaşların dinsizliyi
Bir qədər də araşdırıb baxsaq, görərik ki, masonlar
"Qardaşlardır". Əslində "1984"əsərində bizə çox şey deyilirdi.
Fikir versəniz, görəcəksiniz ki, kitabda hadisələrin baş verdiyi
ölkədə insanlar daima ekranlardan izləmə altındadır və şəhərdə
yalnız qorxu, nifrət, satqınlıq, kin kimi duyğular hakim olmasıyla
bərabər, sevgi, sayğı, insanlıq və dindarlıq yoxdur. Təkrar "Yeni
Dünya Düzəni" fəlsəfəsini yada salsaq, görərik ki, elə bu "düzən"in
də məqsədi əsərdə insanlara təbliğ olunanlarla eynidir. Sadəcə,
daha mistik və bəzəkli halda oxucuya çatdırılıb.
Müğənnilərin gizli xidməti
Yuxarıda qeyd etdiyimiz üçbucaq işarəsinin anlamanı artıq
bildiyinizə görə, bu işarətdən nəyə görə istifadə edildiyini də
aydınlaşdıraq. Bu ki, subliminal mesaj deyil, açıq gördüyümüz
üçbucağın bizə nə zərəri ola bilər? Bu işarəni daha çox ulduzlar
istifadə edərkən görmüşük. Xususən də müğənnilərdə... İlluminatinin
gizli təşkilat olmasına rəğmən artıq hamımız onun haqqında çox şey
bilirik, demək, gizliliyi ortadan qalxıb və insanlar oyanıb,
istər-istəməz, necə deyərlər, bir nifrət yaranır. Yalnız sevdiyimiz
ulduzlar bu təşkilatı təbliğ etdiyi zaman sanki bu nifrət hissi
yumşalır...
Sizə dediyimiz işarətlərin yer aldığı kliplərdən bir necə nümunə
təqdim edirik və güman edirk ki, bundan sonra izlədiyiniz klip və
flmlərdə daha diqqətli olub gizli şəkildə beyninizə yeridilən
mesajların mənasını araşdırmağa çalışacaqsınız.
Şeytan işarətləri – kliplərdə
Məşhur müğənni Keşanın "Vaxtsız ölüm" (Die Young)
klipinin başında maşın səhnəyə daxil olduğunda gözə
üçbucaqlar çarpır ki, artıq siz bunun nə demək olduğunu bilirsiniz.
Keşa üçbucağın içində ortaya çıxır və bir gözünü tutub, tək göz
simvolunu yaradır. Beləliklə, masonların logosu tamamlanlır.
Üçbucaq içərisində tək göz...
Klipə diqqət edin. Keşanın sağ əlindəki göz formasındaki üzük
yəqin ki, hamının diqqətini çəkib. Daha sonra isə maşının sürücüsü
avtomobilindən düşür və maşının üzərində "evil" (şeytan) sözünün
yazıldığını görürük. Unutmayaq ki, İlluminati və başka mason
qurumları şeytanı (Dəccalı) Allah olaraq qəbul edir. Bu söz sadəcə
"havalı" görünüşə malik olması ilə qalmır, həm də gəncliyə
satanizmin onları daha modern, daha gözəgəlimli edəcəyinə
inandırır... Bundan sonra Keşanı maşının yüklüyündən çıxararaq
əl-üstünə alırlar. Bu vaxt ekranda yenə üçbucaqlar təkrarlanır və
tərs xaç işarəsi gözə çarpır. Gəncliyin sevdiyi işarə olaraq
istifadə etdiyi tərs xaç özü də İlluminatinin məqsədlərinə xidmət
edir. Dini inancların tərsinə çevrilməsi, yox edilməsinin simvolizə
edilmiş formasıdır bu işarə. Kadrlarda sürətlə gəlib keçən
üçbucaqlardan ziyadə üçbucaqların içərisində görünən Keşanın gözü
də diqqətimizi çəkir.
İndi isə ən maraqlı məqama diqqət edək. Başında Davud Ulduzu
təsvir olunmuş taxt üzərində əyləşən Keşanın ətrafında bir çox
qadınlar var və bunların davranışları açıq-aşkar əxlaqsızlığı
təbliğ edir. Onu da qeyd edək ki, Davud ulduzu İsrail bayrağında
var və masonluğun əsasının da məhz yəhudilər tərəfindən qoyulduğu
hər kəsə bəllidir.
Qayıdaq Keşanın klipinə
Klipin sonunda birdən polislər basqın edir və bu vaxt Keşa ayağa
qalxaraq sanki hər kəsə və hər şeyə meydan oxuyurmuş kimi qapını
açmağa gedir. Bu zaman onun paltarının üzərində işlənmiş açıq mason
işarəsi nəzərə çarpır.
Bu kimi kliplərdə heç bir gizli işarətlərdən, 25-ci kadrdan
istifadə olunmadan açıq şəkildə mesajlar verilir və bütün bunlar da
bizim zehnimizə özümüz hiss etmədən müəyyən informasiyalar ötürür.
Bu üzdən də xüsusən uşaqların izlədiyi kliplərə diqqət etmək
məqsədəuyğundur.