Artıq nəinki bu şəhərdə, Azərbaycanın hər yerində "Bu
şəhərdə"ni tanımayan yoxdur: Rafael-Coşqun tandeminin adı gələndə
artıq hər kəsin dodağı qaçır.
Prezident sərəncamı ilə yenicə əməkdar artist adına layiq
görülən "Bu şəhərdə"nin aparıcı simaları ilə görüşdük – təbii ki,
prodüser və komandanın o qədər də görünməyən əsas şəxsi - Müşfiq
Abbasovla birgə.
Maraqlıdır ki, müsahibədə fərdi suallara da "ümumi", komanda
şəklində cavab verməklə, üçlük vahid komanda olduğunu bird aha
nümayiş etdirdi.
Müşfiq Abbasov da elə beləcə dedi: "Cavablarımızı ümumi verin,
çünki hər birimizin cavabı elə hamımızın fikridir".
Biz də bu sevimli dostların cavablarını bir-birindən
ayırmadıq…
Üçqat bayram oldu…
- "Bu şəhərdə" komandası əməksar artist fəxri adına
layiq görüldü. Daha doğrusu...
- Yox, elə siz çox gözəl vurğuladınız ki, məhz "Bu şəhərdə"
komandası bu ada layiq görüldü. Bir çoxları yalnız "Rafael-Coşqun"
deyir, amma bu hamımızın, efirdə, səhnədə görünməyənlərin
əziyyətinin nəticəsidir. O baxımdan, "Bu şəhərdə" teatrının bütün
aktyorları tam olaraq əməkdar artist adına layiq görülüblər. Çox
sevindirici haldır və biz Cənab Prezidentimizə dərin təşəkkürümüzü
bildiririk. İl sonu – Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyli
Günü ilə bağlı hamı üçün ikiqat bayramdısa, bizim üçün üçqat bayram
oldu. Təsəvvür edin, gözləmədiyimiz anda bizə bu xəbəri verirlər:
inanın, çox sevinirik...
- Heç bu ada ümid edirdinizmi?
- Açığı, hamı bunu istəyir; kim istəməz ki! Səhnədə olan hər bir
insan təbii ki, o günü gözləyir. Sadəcə, həqiqətən bizim üçün
sürpriz oldu.
- Əməkdar artist fəxri adından sonra Xalq artisti adı
gəlir... İddianız yaranıbmı?
- Əlbəttə. Çalışmaq lazımdır ki, daha böyük naliyyətlər qazanaq.
Əslində, bu adın verilməsi bizim üçün ikiqat məsuliyyət doğurur.
Üzərimizdə daha çox çalışmalı, daha peşəkar olmalıyıq.
Uğurumuza sevinmədilər
- Fəxri ada layiq görüldüyünüzdə sevinənlər də oldu,
qınayanlar da. Sosial şəbəkələrdə "Rafael və Coşqunun əməkdar
artist olduğu ölkədə yaşayırıq" kimi fikirlər
yazırdılar...
- Hamı bizi sevə və uğurumuza sevinə bilməz. Amma yaxın
dostların, bizi sevənlərin zəngləri susmurdu. Ola bilsin,
sevməyənlər də təbrik etdi, amma əksəriyyəti sevənlər idi - biz
buna əminik. Konkret bir neçə insan var, bilirik ki, bizim
uğurumuza sevinmədilər.
- Sevinməyənlər kimlərdir?
- Bu haqda danışmayaq, ən azından çox şükür ki, sevənlərimiz
çoxdur.
- Sevinənlərdən kimin səmimiyyətinə daha çox
inanırsınız?
- Vallah, çoxlarının adını saymaq olar. Murad Dadaşov, Bəhram
Bağırzadə... Çoxdurlar, saymaqla bitməz – şükürlər olsun.
Naxçıvamda konsertimiz olacaq
- 2015-ci ildə "Bu şəhərdə" komandası konsert
proqramıyla bağlı nə vəd verə bilər sevənlərinə?
- Fevralın 28-si Naxçıvanda, Heydər Əliyev sarayında böyük
konsertimiz olacaq. Bakıya döndükdən sonra martın 5-dən etibarən
beş günlük konsert proqramıyla çıxış edəcəyik. Əgər tamaşaçı
istəsə, konsert günlərinin sayı arta da bilər: yəni konsertdə
yaşanan izdihamdan aşlıdır.
Elza Seyidcahanın şeir deməyini
- Sirr deyilsə, konsertdə kimləri parodiya
edəcəksiniz?
- Biz orda bir çox mövzulara toxunacağıq. Məişət problemlərindən
tutmuş müğənnilərin parodiyasına kimi...
- Hansı müğənnidən gedir söhbət?
- Gözəl və hər zaman yeniliklərlə yadda qalan Elza Seyidcahanı
parodiya edəcəyik. Amma bu dəfə tam fərqli olaraq onun oxumağını və
geyimini deyil, şeir deməyini (gülürlər). Bizim o xanıma çox böyük
hörmətimiz var və hər zaman olduğu kimi özü də səhnədə oturub
alqışlayacaq.
- İllər ərzində parodiya etdiyiniz insanlar tərəfindən
inciklik olubmu?
- Yox, olmayıb. Əksinə, parodiya etmədiklərimiz bizdən
inciyiblər. Elariz Məmmədoğlu və Maestro Ceyhun
belələrindəndir.
Kompleksi olmayan gərək insanlıqdan kənar
olsun
- Kimi parodiya etmək istəmisiniz, amma sizdə alınmayıb.
Belə bir hal olubmu?
- Bəli olub. Xalq artist Aygün Kazımova və Könül Kərimova. Yəni
alındırmışıq, amma ürəyimizcə olmadığı üçün efirdə parodiya
etməmişik. Elgizi parodiya edəndə heç inanmırdıq elə uğurlu
alınsın, biz konsertdə həmin nömrəni təxirə salmaq istəyirdik. Amma
elə alındı ki, öhdəsindən çox gözəl gəldik və tamaşaçı tərəfindən
yüksək dəyərləndirildi.
Aramızda inciklik olub
- Adətən deyirlər ki, yumorist və aktyorlar həyatda tam
başqa cür olurlar. Siz necə, səhnədətamaşaçıları güldürən Rafael və
Coşqun həyatda tam ciddi insanlarsınız, ya necə?
- Xeyir, səhnədə bizim heç bir kompleksimiz yoxdur və bu ondan
irəli gəlir ki, işimiz budur. Amma həyatda kompleksi olmayan insan
gərək o zaman insanlıqdan kənar olsun.
- Aranızda heç inciklik olub?
- İş zamanı bəli, olub.
- İllər öncə "Bakılı oğlanlar" və "Bu şəhərdə" komandası
"Məhəllə" adlı yumoristik bir film ərsəyə gətirdi. Bu film
tamaşaçılar tərəfindən çox sevildi. Yenidən belə bir layihəyə imza
atmağı düşünürsünüzmü?
- Niyə də olmasın!? Qismətdən asılıdır. Onu deyə bilərik ki,
bizim gördüyümüz işlər çox məhsuldardır. Konsertlərimiz bu gün
bazarda olan filmlərin hamısını üstələyir. Auditoriya, baxış sayı
və öz keyfiyyəti ilə gündəmdəyik...
- Təkliflər gəlirmi iş birliyi üçün?
- Bəli, elə bu gün Bakı Avropa Oyunları Əməliyyat Komitəsininin
baş direktoru Saymon Kleq tərfindən marağlı təklif almışıq.
İnanırıq ki, uğurlarımız axrıncı deyil, axarıncıdır inşallah.