Yuxarı

“Əsgərin şücaəti” tamamlandı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əsgərin şücaəti” tamamlandı - Foto

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Əsgərin şücaəti" bədii filminin çəkilişləri yekunlaşıb.

Axar.az xəbər verir ki, çəkilişləri Belarusiyada və Azərbaycanda aparılan yeni ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

Dram janrında çəkilən filmin üzərində azərbaycanlı və belarusiyalı kinematoqrafçılardan ibarət heyət çalışır. Ekran əsərinin ssenari müəllifləri Yavər Rzayev və Konstantin Vorobyov, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlü, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanov, Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Qurban İsmayılov, Georgi Caara, Mixail Kaminski, Aleksandr Pavlov, İvan Matskeviç və digərləri canlandırırlar.

Tarix
2015.02.14 / 01:43
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla