Yuxarı

Kamal Abdullaya xüsusi döş nişanı verildi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullaya xüsusi döş nişanı verildi – Foto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən vəkilliyin 100 illiyinə həsr olunmuş yubiley nişanı ilə təltif olunub.

Kult.az xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov ADU-nun rektorunun nailiyyətlərinin ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını deyib. O bildirib ki, ADU ölkədə aparıcı təhsil müəssisələrindən biridir:

“Kamal Abdulla 2018-2019-cu tədris ilində “İlin rektoru” seçilib. Bu da universitetdə aparılan düzgün, doğru, hərtərəfli və düşünülmüş fəaliyyətin nəticəsidir. Mən bilirəm ki, Kamal müəllim vəkillik sahəsində də olan bütün yenilikləri yaxından izləyir. Onun dünyagörüşü, biliyi, savadı bizim işimizə də böyük dəstəkdir. Rəyasət heyətinin qərarı ilə vəkillərimizlə yanaşı, vəkillik fəaliyyətinə xüsusi töhfə verən vəkil olmayan şəxslər xüsusi döş nişanı ilə təltif olunur”.

Rektor Kamal Abdulla Vəkillər Kollegiyasının döş nişanı ilə təltif olunmasından böyük şərəf duyduğunu bildirib və təşəkkür edib:

“Bizim ölkədə hüquqi, inzibati ağırlıqlar öz yerini tutmaqdadır. Ölkədə demokratiya gücləndikcə, Azərbaycan Ulu öndərimiz Heydər Əliyevin qoyduğu yolla inamla getdikcə vəkillərə də ehtiyac çoxalır, onların gördüyü işlərin qiyməti əvəzsiz olur. Vəkillik prinsipi ölkənin intellektual səviyyəsindən xəbər verir. Son dövrlər vəkilliyin bu cür inkişaf etməsi Anar Bağırovun, onun həmkarlarının əməyi nəticəsində formalaşır. Arzu edərdim ki, siz fəaliyyətinizi bu istiqamətdə daha da inkişaf etdirəsiniz”.

Akademik vurğulayıb ki, bu döş nişanı həm də Azərbaycan Dillər Universitetinin kollektivinə olan diqqətin nümunəsidir.

Tarix
2020.01.15 / 11:30
Müəllif
Aqşin
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla